Kredit risklərinin ehtiyatlanması və analitikası üzrə mütəxəssis

Unibank

Vakansiya haqqında

Təsvir

  • Bankın kredit portfelinin mütəmadi təhlilinin aparılması;
  • Kredit portfelinin risk göstəricilərini əks etdirən hesabatların (Vintage, FPD/SPD/TPD, miqrasiya matrisləri və s.) hazırlanması və göstəricilərin bankın risk iştahına uyğunluğuna nəzarət edilməsi;
  • Kredit riskləri üzrə göstəricilərin bankın müəyyən etdiyi risk limitlərinə uyğunluğuna nəzarət edilməsi;
  • Kredit riskləri üzrə göstəricilərin proqnozlaşdırılması və planlaşdırılması;
  • IFRS 9 tələblərinə uyğun ehtiyatların hesablanması;
  • Prudensial ehtiyatların hesablanması və Mərkəzi Bankın müvafiq qaydaları üzrə biliklərin tətbiq edilməsi.

Üstünlüklərimiz:

  • Komanda daxilində bilik və təcrübə mübadiləsi, həmçinin peşəkar inkişaf imkanları;
  • Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq imkanları;
  • Peşəkar və dəstəkləyici komanda mühiti;
  • Güclü korporativ mədəniyyət.

Tələblər

  • Maliyyə, iqtisadiyyat, riyaziyyat və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
  • Excel, Toad və Oracle PL/SQL proqramları üzrə yüksək səviyyədə bilik;
  • IFRS 9 hesabatlarının hazırlanması üzrə bilik və praktiki təcrübə;
  • PD, EAD, LGD və ECL modellərinin qurulması və yenilənməsi üzrə biliklər arzuolunandır;
  • Power BI üzrə biliklər arzuolunandır;
  • Python və/və ya R proqramlaşdırma dilləri üzrə biliklər arzuolunandır;
  • Statistik biliklər;
  • Bank məhsulları haqqında geniş məlumat;
  • Güclü məntiqi və analitik düşünmə qabiliyyəti;
  • Böyük həcmli məlumat bazaları ilə işləmək və təqdimatlar hazırlamaq bacarığı;
  • İngilis və rus dillərini bilmək arzuolunandır;
  • Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
18 avqust 2026
Dillər
English, Russian
Son tarix
18 sentyabr 2026

Şirkət haqqında

Unibank
Banking · Baku
Unibank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Avrora
Middle · 2+ il
Maaş göstərilməyib

Məlumatların analizi, hesabatların hazırlanması və SQL, Power BI bilikləri tələb olunur

Data AnalysisPower BIData ModelingDAX+12
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Kredit risklərinin ehtiyatlanması və analitikası üzrə mütəxəssis
Müraciət et