Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri:

  • Müxtəlif şöbələrin ehtiyaclarına uyğun hesabat və dashboardların hazırlanması;
  • SQL Server-də sorğuların hazırlanması və optimallaşdırılması;
  • Excel, SQL Server, SAP və digər mənbələrdən məlumatların toplanması və transformasiyası;
  • Məlumat keyfiyyətinin yoxlanılması və uyğunsuzluqların araşdırılması;
  • Power BI-də interaktiv dashboard və hesabatların hazırlanması;
  • DWH, fact/dimension cədvəlləri və data modelləri ilə işlənilməsi;
  • SSAS Tabular modellərinin monitorinqi və təkmilləşdirilməsinə dəstək göstərilməsi;

Tələb olunan bilik və bacarıqlar:

  • SQL Server: join, CTE, stored procedure, subquery bilikləri (MS SQL üzrə təcrübə üstünlükdür);
  • Power BI: data modeling, DAX və dashboard hazırlanması üzrə yaxşı səviyyədə biliklər;
  • Excel: pivot table, advanced formulas və data analysis üzrə biliklər;
  • DWH: fact/dimension, star schema və ETL prosesləri haqqında əsas anlayış;
  • SSIS / SSAS: praktiki təcrübə (üstünlükdür);
  • SAP: SAP məlumat strukturları ilə işləmə təcrübəsi (üstünlükdür);
  • Analitik düşünmə, araşdırma və problem həll etmə bacarığı;
  • Komandada işləmək və müxtəlif biznes istifadəçiləri ilə effektiv ünsiyyət qurmaq bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsilli (Data Analitika, Riyaziyyat, Maliyyə ixtisaslarında üstünlükdür)
  • İş təcrübəsi: Data analitika və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi, FMCG sektorunda təcrübə üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, ingilis dil biliyi arzuolunandır.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş yeri: Aşıq Molla Cümə, 46C.
  • İş saatı: 09:00-18:00

Biz nə təklif edirik:

  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;
  • Nahar təminatı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Data Analitika Mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 avqust 2026
Dillər
Azerbaijani, English
Son tarix
27 sentyabr 2026

Şirkət haqqında

Avrora
Topdansatış və distribusiya, Topdansatış və pərakəndə ticarət · Baku

“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.

Avrora — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Maaş göstərilməyib

Tərəfdaşlarla əlaqələr qurmaq və məlumat inteqrasiyasını koordinasiya etmək bacarığı vacibdir.

Data AnalysisBusiness DevelopmentRisk ManagementPower BI+8
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Data analitika mütəxəssisi
Müraciət et