Məlumatların təhlili və BI vasitəsilə biznes qərarlarının qəbulunu dəstəkləyir, analitik bacarıq tələb olunur.
Vakansiya haqqında
Görəcəyiniz işlər:
- Kredit risklərinin ölçülməsi, monitorinqi və idarə olunması məqsədilə risk modellərinin hazırlanması, tətbiqi və davamlı təkmilləşdirilməsi;
- PD (Probability of Default), LGD (Loss Given Default), EAD (Exposure at Default), Scorecard və digər kredit risk modellərinin hazırlanması, kalibrlənməsi, validasiyası və monitorinqi;
- Stress-test, ssenari təhlili və makroiqtisadi modellərin hazırlanması, nəticələrinin təhlil edilməsi və rəhbərliyə müvafiq təkliflərin təqdim edilməsi;
- Mərkəzi Bankın tələbləri, IFRS 9 və digər beynəlxalq standartlara uyğun olaraq gözlənilən kredit zərərlərinin (ECL) hesablanması, ehtiyatların formalaşdırılması və bu prosesə nəzarətin həyata keçirilməsi;
- Kredit portfelinin risk göstəricilərinin təhlili, trend analizlərinin aparılması və risklərin vaxtında müəyyən edilməsi;
- Bankın risk iştahası (Risk Appetite Framework) və risk limitləri üzrə göstəricilərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
- Risk limitlərinin hesablanması metodologiyalarının hazırlanması, limitlərə riayət olunmasına nəzarət və limit pozuntularının təhlili;
- Kredit riskləri üzrə mütəmadi və ad-hoc hesabatların hazırlanması, rəhbərliyə və aidiyyəti komitələrə təqdim edilməsi;
- Kredit risklərinin idarə edilməsi istiqamətində analitik hesabatların, dashboard-ların və vizuallaşdırma alətlərinin hazırlanması;
- SQL, Python, R və süni intellekt (AI və ya Gen Aİ) əsaslı alətlərdən istifadə etməklə hesabatların hazırlanması, proseslərin avtomatlaşdırılması, dashboard-ların qurulması və analitik həllərin inkişaf etdirilməsi;
- Kredit risklərinin idarə edilməsi sahəsində metodologiyaların hazırlanması və təkmilləşdirilməsi;
- Fəaliyyət istiqaməti üzrə digər tapşırıqların icrası.
Bizim üçün uyğun namizəd:
- İqtisadiyyat, Maliyyə, Tətbiqi Riyaziyyat, Statistika və ya digər uyğun ixtisaslar üzrə ali təhsilə malik;
- Kredit risklərinin idarə edilməsi, risk modelləşdirilməsi və ya analitik sahədə minimum 2 il iş təcrübəsinə sahib;
- IFRS 9, Basel prinsipləri və kredit risklərinin idarə edilməsi üzrə biliklərə sahib;
- Kredit risk modellərinin (PD, LGD, EAD, Scorecard və s.) hazırlanması və ya tətbiqi sahəsində təcrübə üstünlük hesab olunur;
- Əla səviyyədə SQL və Microsoft Excel bilikləri. Python, R və ya digər statistik proqramlaşdırma alətlərindən ən azı biri üzrə praktiki biliklərə sahib;
- Süni intellekt əsaslı alətlərdən analitik işlərdə, məlumatların emalında, hesabatların hazırlanmasında və proseslərin avtomatlaşdırılmasında istifadə bacarığı üstünlük hesab olunur;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığına sahib;
- Böyük həcmli məlumatların emalı və təhlili üzrə təcrübəyə malik;
- Analitik nəticələri aydın, strukturlaşdırılmış və peşəkar formada təqdim etmək bacarığına sahib olan şəxsdir.
Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
4 avqust 2026
Son tarix
4 sentyabr 2026
Şirkət haqqında
ABB
Banking · Baku
ABB (Azərbaijan Beynəlxalq Bankı / The International Bank of Azerbaijan) — the largest bank in Azerbaijan by assets, with the country's widest branch and ATM network. Offers retail, corporate, SME and digital banking services.
ABB — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Risk data analitiki kimi böyük həcmli məlumatları təhlil edir və risk modellərini təkmilləşdirir
Maaş göstərilməyib
Tələbələrə Data Analitika öyrətmək və layihələrdə real problem həllərinə dəstək olmaq.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Məlumatların təhlili və SQL, Python kimi alətlərdə 2 il təcrübə.



