Məlumatların toplanması, təhlili və vizuallaşdırılması üzrə BI və analitika bacarıqları tələb olunur.
Vakansiya haqqında
Bu rolun əsas məqsədi, Bir ekosisteminin Fintek biznesində məlumatların (data) effektiv idarə olunması və təhlili vasitəsilə biznes qərar qəbuletməni dəstəkləmək, və analitik yanaşmalarla strateji fəaliyyətin optimallaşdırılmasına töhfə verməkdir.
Vəzifə öhdəlikləri
- Yeni biznes imkanlarını və inkişaf strategiyalarını müəyyən etmək üçün Product komandası ilə əməkdaşlıq etmək
- Bazar tendensiyalarını, müştəri ehtiyaclarını və rəqiblərin fəaliyyətini anlamaq məqsədilə bazar araşdırmaları və təhlillər aparmaq
- Məhsul performansını və müştəri məmnuniyyətini artırmaq üçün imkanları müəyyən etmək məqsədilə məlumatları təhlil etmək
- Yeni məhsul ideyalarını və biznes təşəbbüslərini qiymətləndirmək üçün maliyyə modelləri və feasibility study-lər hazırlamaq
- Əldə olunan nəticələri və tövsiyələri rəhbərlik və digər maraqlı tərəflər üçün ümumiləşdirən hesabat və təqdimatlar hazırlamaq
Tələblər
- Ali təhsil
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə ingilis və rus dili
- Biznes, Maliyyə və İqtisadi sahə üzrə bakalavr dərəcəsi üstünlük hesab edilir
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
- Analitik düşünmə qabiliyyət və iri həcmli məlumatlar ilə işləmə bacarığı
- Məsuliyyətlilik, operativlik və dəqiqlik
- Komanda ilə işləmək bacarığı
- Yüksək səviyyədə Microsoft Excel üzrə biliklər
- İri həcmli məlumat bazası və SQL sorğu dili ilə işləmək bacarığı
- Vizuallaşdırma alətlərindən ən azı biri ilə işləmə bacarığı (Tableau və ya PowerBI)
Üstünlüklər
- Ekosistem səviyyəsində öyrənmə imkanları
- Mentorluq və peşəkar inkişaf
- Milyonlarla müştəri üçün real təsir yaratmaq
- Dəstəkləyici və açıqfikirli mədəniyyət
- Texnologiya və biznesin kəsişməsində karyera imkanı
- Rəqabətli əməkhaqqı və bonuslar
- Yüksək təminatlı sığorta
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
İnsan resursları məlumatlarını təhlil edir və hesabatlar hazırlayır, SQL və Python bilikləri tələb olunur
Məlumatları analiz edir, bazar araşdırması aparır və biznes imkanlarını müəyyənləşdirir, analitik bacarıqlar tələb olunur.
Məhsulun optimallaşdırılması və müştəri təcrübələrinin analizi üzrə iş görür, analitik bacarıq tələb olunur.




