Kredit risklərinin təhlili departamentinin Korporativ kredit risklərin təhlili şöbəsinin aparıcı mütəxəssisi

Birbank

Yerləşmə
Mərkəz filialı
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 iyun 2026
Dillər
Azerbaijani, English
Son tarix
22 iyul 2026

Vakansiya haqqında

Birbankın Korporativ Kreditlərin Təhlili şöbəsinin komandamıza qoşulmaq üçün analitik düşünmə bacarığına sahib, detallara diqqətli və davamlı inkişafı hədəfləyən əməkdaş axtarırıq. İdeal namizəd müştərilərin kredit və digər müvafiq müraciətlərini qiymətləndirəcək və şirkətin siyasət və qaydalarına uyğunluğunu təmin edərək ödəmə qabiliyyətini müəyyən edəcək.

Vəzifə öhdəlikləri

  • Borcalanın maliyyə vəziyyətini qiymətləndirmək üçün müştəri müraciətləri (kredit və ya sənədli əməliyyat məhsulu) üzrə müştəriyə müvafiq sorğuların göndərilməsi;
  • Müştəri sifarişinin analizi zamanı daxil olan məlumatların standardlara əsasən yığılması və emal edilməsi;
  • Borcalana kredit və ya sənədli əməliyyat məhsulu verilməsi ilə bağlı risklərin müəyyən edilməsi üçün müştəri tərəfindən verilən hesabatların, müştəri tarixçəsinin və digər məlumatların qiymətləndirilməsi;
  • Mənfəət və Zərər, Balans hesabatı və nağd pul axını üzrə göstəricilərin yoxlanması üçün mənfəət vergi bəyannamələrinin və digər maliyyə hesabatlarının qiymətlənləndirilməsi;
  • Təhlil nəticəsində müştərinin ümumi maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsi və yekun müvafiq rəylərin yazılması;
  • Təhlil nəticəsində komitəyə çıxan keyslərə yazılan rəyə uyğun dəstək verilməsi;
  • Müştərilərə müvafiq komitələrdə qoyulan şərtlərə nəzarət edilməsi və müvafiq addımların atılması.

Tələblər

  • Ali təhsil (maliyyə/ iqtisadi);
  • ACCA (xüsusən F3 və F7) və CFA sahəsində nailiyyətlər arzuolunandır;
  • Maliyyə hesabatlarına dair müvafiq biliklərə sahib olması;
  • Araşdırma və analitik düşünmə bacarığı;
  • Qərarvermə və kollektiv mühitdə işləmə qabiliyyəti;
  • Microsoft Office-də (əsasən Word və Excel) işləmək qabiliyyəti;
  • Təqdimatların hazırlanması;
  • Bu səhədə min. 3 illik iş təcrübəsinin olması.

Üstünlüklər

  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi kredit[

Şirkət haqqında

Birbank
Banking · Baku

Digital bank and flagship app of Kapital Bank — the centre of Azerbaijan's Bir ecosystem. 3M+ active users and the country's largest branch network. Part of Kapital Bank (PASHA Holding).

Birbank — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Mazarina Trade CompanyBakıMiddle28 gün əvvəl
AccountingFinancial ReportingFinancial Analysis
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Kredit risklərinin təhlili departamentinin Korporativ kredit risklərin təhlili şöbəsinin aparıcı mütəxəssisi
Müraciət et