Kredit Risklərinin Təhlili Departamentinin Korporativ Kredit Risklərinin Təhlili Şöbəsinin mütəxəssisi

Birbank

Yerləşmə
Mərkəz filialı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
25 iyul 2026

Vakansiya haqqında

Birbankın Korporativ Kreditlərin Təhlili şöbəsinin komandamıza qoşulmaq üçün analitik düşünmə bacarığına sahib, detallara diqqətli və davamlı inkişafı hədəfləyən əməkdaş axtarırıq. İdeal namizəd müştərilərin kredit və digər müvafiq müraciətlərini qiymətləndirəcək və şirkətin siyasət və qaydalarına uyğunluğunu təmin edərək ödəmə qabiliyyətini müəyyən edəcək.

Vəzifə öhdəlikləri

  • Kredit və sənədli əməliyyat məhsulları üzrə daxil olan müştəri müraciətlərinin ilkin nəzərdən keçirilməsi;
  • Borcalanın maliyyə vəziyyətinin qiymətləndirilməsi üçün tələb olunan sənəd və məlumatların toplanması;
  • Müştəridən daxil olan maliyyə və qeyri-maliyyə məlumatlarının müəyyən edilmiş standartlara uyğun sistemləşdirilməsi və emal edilməsi;
  • Maliyyə hesabatlarının, vergi bəyannamələrinin, bank hesabı dövriyyələrinin və digər sənədlərin yoxlanılması;
  • Balans, Mənfəət və Zərər və Pul vəsaitlərinin hərəkəti hesabatları üzrə əsas göstəricilərin hesablanması;
  • Müştərinin maliyyə vəziyyəti, kredit tarixçəsi, mövcud öhdəlikləri və fəaliyyət sahəsi üzrə araşdırmanın aparılması;
  • Maliyyə məlumatlarında aşkar edilən uyğunsuzluqların və əlavə araşdırma tələb edən məsələlərin məsul əməkdaşa təqdim edilməsi;
  • Kredit rəylərinin, maliyyə təhlili cədvəllərinin və komitə materiallarının hazırlanmasında iştirak edilməsi;
  • Bankın daxili qayda və prosedurlarına, məxfilik prinsiplərinə və aidiyyəti normativ tələblərə riayət edilməsi.

Tələblər

  • Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya bank işi üzrə ali təhsil;
  • Maliyyə hesabatlarının əsasları üzrə biliklər;
  • Balans, Mənfəət və Zərər və Pul vəsaitlərinin hərəkəti hesabatları barədə ümumi anlayış;
  • ACCA, xüsusilə FA/F3 və FR/F7 istiqamətində təhsil və ya sertifikatların olması arzuolunandır;
  • Araşdırma aparmaq və məlumatları təhlil etmək bacarığı;
  • Analitik və məntiqi düşünmə qabiliyyəti;
  • Rəqəmlərlə işləmək və məlumatlarda uyğunsuzluqları müəyyən etmək bacarığı;
  • Komandada işləmək və effektiv kommunikasiya qurmaq qabiliyyəti;
  • Microsoft Office proqramlarında, xüsusilə Word, Excel və PowerPoint-də işləmək bacarığı;
  • Hesabat və təqdimatların hazırlanması üzrə baza bacarıqları;
  • Azərbaycan dilində sərbəst, ingilis dilində maliyyə sənədlərini oxuya biləcək səviyyədə bilik;
  • Kredit, maliyyə, audit, mühasibatlıq və ya əlaqəli sahə üzrə minimum 2 il iş təcrübəsi.

Üstünlüklər

  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi kredit[

Şirkət haqqında

Birbank
Banking · Baku

Digital bank and flagship app of Kapital Bank — the centre of Azerbaijan's Bir ecosystem. 3M+ active users and the country's largest branch network. Part of Kapital Bank (PASHA Holding).

Birbank — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Kredit Risklərinin Təhlili Departamentinin Korporativ Kredit Risklərinin Təhlili Şöbəsinin mütəxəssisi
Müraciət et