Bankın kredit risklərini ölçür, idarə edir və risk modelləri hazırlayır, 3-5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Namizədlər üçün irəli sürülən tələblər:
- Ali təhsil — maliyyə, iqtisadiyyat, mühasibat uçotu, bank işi və ya əlaqəli ixtisaslar üzrə;
- Banklarda kredit təhlili, kredit monitorinqi və ya kredit risklərinin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
- Biznes kreditlərinin maliyyə təhlili və monitorinqi üzrə praktiki təcrübə;
- Balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti hesabatlarını təhlil etmək bacarığı;
- Maliyyə əmsalları, pul axını, borc yükü və ödəmə qabiliyyətinin qiymətləndirilməsi üzrə biliklər;
- Girov təminatlarının monitorinqi və qiymətləndirmə hesabatları ilə işləmək bacarığı;
- Azərbaycan Respublikasının bank və kredit fəaliyyəti üzrə normativ tələbləri haqqında biliklər;
- MS Office, xüsusilə MS Excel proqramında yaxşı işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Ezamiyyətlərə və müştərilərin fəaliyyət ünvanlarına monitorinq səfərlərinə hazır olmaq;
- İşində səliqəlilik, dəqiqlik və görülən işlərin sənədləşdirilməsi
- Məsuliyyətlilik, dəqiqlik, operativlik
Üstünlük veriləcək namizədlər
- Orta və iri biznes kreditlərinin monitorinqi üzrə təcrübəsi olan;
- Kredit anderraytinqi və ya kredit risklərinin qiymətləndirilməsi sahəsində çalışmış;
- Vergi hesabatları, bank hesabı çıxarışları və idarəetmə hesabatlarını müqayisəli təhlil edə bilən;
- Monitorinq nəticələrinə əsasən erkən xəbərdarlıq indikatorlarını müəyyən etmək təcrübəsi olan;
- Kredit dosyelərinin normativ və daxili prosedurlara uyğunluğunu yoxlamaq bacarığı olan namizədlə
- Şəxsi avtomobilin və B kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Kredit portfeli üzrə planlı və növbədənkənar monitorinqlərin həyata keçirilməsi;
- Borcalanların maliyyə vəziyyətinin, biznes fəaliyyətinin və ödəmə qabiliyyətinin təhlili;
- Kredit vəsaitinin təyinatı üzrə istifadəsinin yoxlanılması;
- Girov predmetlərinin mövcudluğunun, vəziyyətinin, saxlanma şəraitinin və sığorta təminatının yoxlanılması;
- Müştərinin biznes obyektlərinə səfərlərin həyata keçirilməsi və monitorinq aktlarının hazırlanması;
- Maliyyə hesabatlarının, hesab dövriyyələrinin, vergi məlumatlarının və digər təsdiqedici sənədlərin təhlili;
- Kredit şərtlərinə, müqavilə öhdəliklərinə və maliyyə kovenantlarına əməl olunmasına nəzarət;
- Problemli kreditə çevrilmə riski yaradan erkən xəbərdarlıq əlamətlərinin müəyyən edilməsi;
- Aşkarlanmış risk və uyğunsuzluqlar barədə əsaslandırılmış rəy və hesabatların hazırlanması;
- Müəyyən edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət;
- Kredit portfelinin keyfiyyəti və monitorinq nəticələri üzrə dövri hesabatların hazırlanması;
Xahiş olunur mövzu hissəsində Monitorinq şöbəsi - aparıcı/baş mütəxəssis vəzifəsini qeyd edib CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
4 sentyabr 2026
Dillər
Azerbaijani
Son tarix
4 oktyabr 2026
Şirkət haqqında
Bank Avrasiya
Maliyyə və sığorta fəaliyyəti, Maliyyə xidmətləri və fintex · Baku
“Bank Avrasiya” ASC Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli, 251 saylı “Bank fəaliyyətinin həyata keçirilməsi barədə bank lisenziyası” əsasında fəaliyyət göstərir.
Bank Avrasiya — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib4 gün qalıb
Maaş göstərilməyib
Maliyyə və mühasibatlıq işlərini idarə edir, peşəkar mühasib sertifikatı tələb olunur.
Maaş göstərilməyib



