Mühasibat sənədlərini hazırlamaq və 1C proqramında uçot aparmaq bacarığı tələb olunur
Vakansiya haqqında
- İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə).
- İş saatları: 09:00-dan–18:00-dək.
- İstirahət günləri: Şənbə və Bazar.
- İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir.
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən edilir.
- Müxtəlif fəaliyyət sahələrində mühasibat və vergi uçotu üzrə praktiki təcrübə qazanmaq və peşəkar inkişaf imkanı.
Vəzifə öhdəlikləri
- İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və müvafiq qaydada uçota alınması.
- Elektron qaimə-fakturaların hazırlanması, göndərilməsi və daxil olan e-qaimələrin yoxlanılması.
- Bank və kassa əməliyyatlarının aparılması, ödəniş tapşırıqlarının hazırlanması və bank çıxarışlarının uçota işlənilməsi.
- Əmək haqqı, məzuniyyət və son haqq-hesab hesablamalarının aparılmasında iştirak etmək.
- Debitor və kreditor borclarının uçotunun aparılması, üzləşmə aktlarının hazırlanması və gündəlik mühasibat əməliyyatlarının icrası.
- Vergi və statistika hesabatlarının hazırlanmsında iştirak etmək
Tələblər
- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsil.
- Mühasibatlıq sahəsində 1 ilə qədər iş təcrübəsi.
- MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmək bacarığı.
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotunun əsasları üzrə nəzəri biliklər.
- E-taxes, ƏMAS və digər elektron dövlət portalları ilə işləmək bacarığı üstünlükdür.
- 1C proqramı üzrə biliklər arzuolunandır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Kreditor borclar üzrə mühasib üzrə bazar adətən 550–750 ₼ ödəyir, median — 675 ₼.
10 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Kreditor borclar üzrə mühasib kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş həftəsi 5 gündür, bazar ertəsindən cüməyə, saat 09:00-dan 18:00-dək.
Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən edilir.
İş Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKreditor borclar üzrə mühasib üzrə Bakıda digər açıq elanlar.
İnternet bankçılıq əməliyyatlarını və deklarasiyalarla işləri idarə etmək üçün minimum 1 il təcrübə tələb olunur
Debitor və kreditor hesablaşmalarını 1C proqramında aparmaq və maliyyə sənədlərini yoxlamaq tələb olunur
Bank ödənişlərini və mühasibat əməliyyatlarını 1C proqramında vaxtında və düzgün aparmaq tələb olunur

