Kredit rəsmiləşdirilməsi üzrə mütəxəssis

Unibank Kommersiya Bankı

Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 iyul 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
30 iyul 2026

Vakansiya haqqında

Kredit sənədlərinin (kredit müqavilələri, girov sənədləri, ödəniş qrafikləri və s.) daxili prosedur və normativ tələblərə uyğun olaraq inzibati qaydada rəsmiləşdirilməsi, sistemə daxil edilməsi və strukturlaşdırılmış qaydada arxivləşdirilməsi;
Kredit prosesinin bütün mərhələləri üzrə (müraciətin qəbulu, sənədlərin yoxlanılması, təsdiq, rəsmiləşdirmə və icra) əməliyyat intizamına riayət olunmasına nəzarət və mərhələlərin vaxtında icrasının təmin edilməsi;
Məhkəmə və hüquqi proseslərlə bağlı tələb olunan sənədlərin elektron sistem vasitəsilə hazırlanması və aidiyyəti üzrə göndərilməsi;
Mikro kredit müştərilərinə xidmət göstərilməsi, kredit sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi prosesində müştərilərə məsləhət və əməliyyat dəstəyi göstərilməsi;
İKZF, AİF və digər məhsullar üzrə təqdim olunan kreditlərin PT da manual rəsmiləşdirilməsi;
Müştərilərin cari hesablarına daxil olan vəsaitlərin kredit borclarının silinməsinə yönləndirilməsi prosesinin icrası;
Kredit təminatı qismində çıxış edən girovun azad edilməsi prosesinin icrası;
Verilmiş qərarların içrasını bank proqramında proqlamlaşdırmaq;
Qərarda qeyd edilən müddət, faiz, məbləğ və s. məlumatları Mikro kreditlərin müvafiq prosedurlarına uyğun işlənib hazırlanması;
Mikro kreditlərin verilmə şərtlərinə əməl etməli və məlumatların düzgün proqlamlaşdırılması üçün məsuliyyət daşıyır.
Tələblər
Ali təhsili;
MS Office proqramlarını (Word, Excel, Outlook) əla səviyyədə bilmək;
Azərbaycan dili üzrə bilik yüksək səviyyədə, İngilis/Rus dilləri üzrə biliklər arzuolunandır;
Diqqətlilik, məsuliyyətlilik və operativlik;
Verilmiş materiallar əsasında təhlil etmək və düzgün yerinə yetirmək bacarığı;
Riyazi hesablama aparmaq qabiliyyəti;
Ünsiyyət qurma bacarığı və müştəri yönümlülük;
Təhlil etmək bacarığı;
İşdə dəqiqlik, məsuliyyətlilik və detallara fikir vermək.

Şirkət haqqında

Unibank Kommersiya Bankı
Banking · Baku

Unibank is a major Azerbaijani commercial bank offering retail and corporate banking and digital financial services.

Unibank Kommersiya Bankı — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Kredit rəsmiləşdirilməsi üzrə mütəxəssis
Müraciət et