Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Valyuta və pul bazarı əməliyyatlarını icra etmək;
Derivativ əməliyyatların texniki icrasını həyata keçirmək;
Gündəlik likvidlik hesabatlarını hazırlamaq;
Kontragent limitlərini izləmək;
Əqdlər üzrə hesablaşmaların düzgün və vaxtında aparılmasını təmin etmək;
Cash-flow məlumatlarını toplamaq və sistemləşdirmək;
Əqdlər üzrə məlumatların düzgün şəkildə ötürülməsini təmin etmək;
Risklərin gündəlik monitorinqini aparmaq;
Daxili hesabatların hazırlanmasında iştirak etmək;
Kommersiya sirrinin qorunmasına riayət etmək və müştəri məlumatlarının məxfiliyini təmin etmək.
Tələblər
Ali təhsil (iqtisadiyyat və ya maliyyə sahəsi üzrə);
Maliyyə bazarında minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək;
Microsoft Office və digər proqram təminatlarında işləmək bacarığı (FlexCube, Caspel);
Maliyyə modelləşdirmə bacarıqları;
Valyuta, qiymətli kağızlar və pul bazarları üzrə bilik və praktiki təcrübə.
Şirkət haqqında
Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının 29 iyun 1995-ci il tarixli 234 nömrəli lisenziyası ilə 11 iyul 1995-ci ildən fəaliyyətə başlamışdır. Bankın səhmdarları: AR Əmlak Məsələləri Dövlət Komitəsi.......... 75% “Ziraat Bank” .......................................................... 12.4% “AzRe Reinsurance” ............................................ 6.5% “Qala Heyat” .......................................................... 5% “Ziraat Bank International” .............................. 1.1% Mükafatlandırma siyasəti Mükafatlandırma sistemi bankın korporativ idarəetmə mexanizminin ən mühüm komponentlərindən biridir və əsaslandığı əsas prinsiplərdən biri əməkdaşların effektivliyinin və entuziazmının yüksəldilməsidir
ATB Bank — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.



