Maliyyə Menecmenti Departamentinin Aktiv və Passivlərin İdarə Edilməsi Şöbəsinin Mütəxəssisi

Birbank

Yerləşmə
Bakı
Təcrübə
1–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
26 iyul 2026

Vakansiya haqqında

Birbankın Maliyyə menecmenti departamentinin Aktiv və passivlərin idarə edilməsi şöbəsinin mütəxəssisi rolunda bankın likvidlik vəziyyətini, aktiv-passiv strukturunu və maliyyə risklərini analitik yanaşma və statistik modellər əsasında effektiv şəkildə idarə edə bilən peşəkar axtarırıq.

Vəzifə öhdəlikləri

Riyazi və statistik metodlardan istifadə etməklə APİE üzrə hesabatların hazırlanması, məlumatların analizi və nəticələrin interpretasiyasının aparılması;

Bankın aktiv və öhdəliklərinin strukturunun təhlili, likvidlik riskinin qiymətləndirilməsi və pul axınlarının mütəmadi izlənməsi;

Likvidlik göstəricilərinin və normativ tələblərə uyğunluğun dövri olaraq monitorinqi və nəticələr barədə rəhbərliyə hesabat verilməsi;

Aktiv və passivlərin idarə edilməsi üzrə strategiyaların icrasında iştirak və təkmilləşdirilməsi üçün analitik dəstəyin göstərilməsi;

APİK-ə təqdim edilən dövri və ad-hoc hesabatların, təqdimat materiallarının hazırlanması və keyfiyyətinə nəzarət edilməsi;

Bankın balans idarəetməsi, faiz riskləri və likvidlik mövqeyi ilə bağlı təhlillərin aparılması və tövsiyələrin hazırlanması.

Tələblər

Maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;

Likvidlik idarəetməsi, balans strukturu və faiz riskləri üzrə anlayış;

Bank və ya maliyyə sektorunda aktiv və passivlərin idarə edilməsi, risk analitikası və ya maliyyə təhlili sahəsində minimum 1 il iş təcrübəsi;

Excel (yüksək səviyyə), SQL və ya digər data analiz alətləri üzrə biliklər;

CFA (Chartered Financial Analyst) və ya ekvivalent beynəlxalq maliyyə sertifikatlarının (FRM və s.) mövcudluğu üstünlükdür;

Statistik və maliyyə modelləşdirmə bacarığı;

Bank daxili hesabat sistemləri və BI alətləri ilə işləmə təcrübəsi;

Yüksək səviyyədə Azərbaycan dili və ingilis dili bilikləri;

Güclü analitik düşünmə və riyazi/statistik təhlil bacarığı;

Riskləri qiymətləndirmə və nəticələr əsasında tövsiyə vermə qabiliyyəti;

Detallara diqqət və yüksək dəqiqliklə işləmə bacarığı;

Prioritetləri düzgün müəyyən etmə və vaxtı effektiv idarə etmə bacarığı;

Komanda ilə işləmə və kommunikasiya bacarığı;

Yüksək məsuliyyətlilik və təşəbbüskarlıq;

Üstünlüklər

  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi kredit

Şirkət haqqında

Birbank
Banking · Baku

Digital bank and flagship app of Kapital Bank — the centre of Azerbaijan's Bir ecosystem. 3M+ active users and the country's largest branch network. Part of Kapital Bank (PASHA Holding).

Birbank — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Maliyyə Menecmenti Departamentinin Aktiv və Passivlərin İdarə Edilməsi Şöbəsinin Mütəxəssisi
Müraciət et