Məlumatların toplanması, təhlili və vizuallaşdırılması üzrə BI və analitika bacarıqları tələb olunur.
Vakansiya haqqında
İqtisadiyyat şöbəsində çalışmaq üçün mütəxəssis vəzifəsinə namizəd axtarılır.
Əsas vəzifə öhdəlikləri
- Müəssisənin fəaliyyətinin iqtisadi göstəricilərinin proqnozlaşdırılması, illik, rüblük və aylıq iqtisadi planların hazırlanmasında kiştirak etmək;
- Gəlir və xərclər smetasının hazırlanmasında iştirak etmək;
- Struktur bölmələrdən daxil olan maliyyə-iqtisadi məlumatları toplamaq və ümumiləşdirmək;
- Faktiki göstəricilərin plan göstəriciləri ilə müqayisəsini və kənarlaşmaların təhlilini aparmaq;
- Xərc maddələri üzrə iqtisadi təhlillər və hesablamalar hazırlamaq;
- Maliyyə-iqtisadi göstəricilər üzrə aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak etmək;
- Statistik və analitik məlumatları toplamaq, şöbənin səlahiyyətlərinə aid iqtisadi-statistik hesabatların hazırlamaq;;
- Rəhbərliyə təqdim olunmaq üçün arayış, cədvəl və təqdimatların hazırlanmasında iştirak etmək;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə digər iqtisadi hesablamaları həyata keçirmək.
- Öz fəaliyyət sahəsi üzrə qanunvericiliyin, cəmiyyətin nizamnaməsinin, daxili qaydaların və rəhbərliyin əmrlərinin tələblərinə riayət etmək;
- Kommersiya və xidməti məlumatların məxfiliyini qorumaq.
Namizədə tələblər
- Ali təhsil – iqtisadiyyat və ya digər uyğun ixtisas;
- İqtisadi və maliyyə göstəricilərini təhlil etmək bacarığı;
- Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək;
- Excel-də formulalar, Pivot Table, məlumatların emalı və analizi üzrə praktiki bacarıqlar;
- Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;
- Hesabat və analitik sənədlərin hazırlanması bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.
Üstünlük veriləcək
- İqtisadiyyat, büdcə, maliyyə və ya analitika sahəsində iş təcrübəsi;
- Power BI və digər analitik alətlərlə işləmə bacarığı;
- Maliyyə modelləşdirilməsi və proqnozlaşdırma üzrə biliklər;
İş şəraiti
- İş qrafiki: 5 günlük iş həftəsi;
- Əmək haqqı: müsabiqənin nəticələrindən asılı olaraq razılaşma əsasında;
- İş yeri: Bakı şəhəri.
Maraqlanan namizədlər CV-lərini “İqtisadiyyat şöbəsinə mütəxəssis” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Şirkət haqqında
“Azəristiliktəchizat” ASC istilik energetikası sahəsində dövlət siyasətini həyata keçirir. Cəmiyyət fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin…
Azeristiliktechizat ASC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Layihələrin büdcə və xərclərini izləyir, təhlil edir və hesabatlar hazırlayır.
Restoran əməliyyatlarının məlumatlarını təhlil edir və biznes qərarları üçün analitik hesabatlar hazırlayır
Xərclərin təhlili və maliyyə hesabatlarının hazırlanması üçün 1-2 il təcrübə tələb olunur


