Maliyyə analizləri aparır, büdcələri təhlil edir və investisiya qərarlarına dəstək verir.
Vakansiya haqqında
Alliance Tax & Finance enerji sektorunda fəaliyyət göstərən müştərimiz üzrə mövcud maliyyə modelinin idarə edilməsi, təkmilləşdirilməsi və uzunmüddətli maliyyə planlaşdırılması üçün Financial Analyst / FP&A Specialist axtarır. Layihə uzunmüddətli fəaliyyət dövrü üçün nəzərdə tutulduğundan namizəd yalnız aylıq büdcə və forecast deyil, uzunmüddətli investisiya və pul axını modelləri ilə də işləyə bilməlidir.
Vəzifə öhdəlikləri
- Mövcud maliyyə və büdcə modelinin davam etdirilməsi və təkmilləşdirilməsi;
- Aylıq faktiki maliyyə nəticələrinin büdcə modelinə daxil edilməsi;
- Budget vs Actual analizlərinin hazırlanması;
- Rolling Forecast / Revised Forecast hazırlanması;
- Aylıq və uzunmüddətli Cash Flow Forecast hazırlanması və yenilənməsi;
- CAPEX və OPEX büdcələrinin təhlili və izlənilməsi;
- Faktiki və proqnoz göstəricilər arasındakı fərqlərin təhlili;
- Kreditlərin əsas borc və faiz ödənişlərinin maliyyə modelində izlənilməsi;
- Subsidiya və digər maliyyələşmə mənbələrinin modelə daxil edilməsi;
- Gələcək dövrlərdə yarana biləcək Cash Gap və əlavə maliyyələşmə ehtiyacının müəyyən edilməsi;
- Yeni investisiya və əlavə xərclərin maliyyə nəticələrinə təsirinin hesablanması;
- Uzunmüddətli investisiya və reinvestisiya ehtiyaclarının modelləşdirilməsi;
- Müxtəlif maliyyə ssenarilərinin hazırlanması;
- Payback Period, NPV və IRR hesablamalarının aparılması;
- Rəhbərlik üçün aylıq maliyyə analitik və management report-ların hazırlanması;
- Mövcud Excel maliyyə modelində formul və əlaqələrin optimallaşdırılması və avtomatlaşdırılması.
Tələblər
- Maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
- Financial Analysis, FP&A, Corporate Finance və ya oxşar sahədə minimum 3-5 il iş təcrübəsi;
- Güclü Financial Modeling bacarığı;
- Advanced Excel biliyi;
- P&L, Balance Sheet və Cash Flow Statement üzrə yaxşı anlayış;
- Budgeting və Forecasting üzrə praktiki təcrübə;
- CAPEX və OPEX analizini aparmaq bacarığı;
- Kredit və faiz ödənişlərinin modelləşdirilməsi üzrə bilik;
- NPV, IRR və Payback Period anlayışları;
- Analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı;
- Detallara diqqət və yüksək məsuliyyət.
Üstünlük sayılır
- Enerji və ya infrastruktur layihələrində iş təcrübəsi;
- Project Finance üzrə təcrübə;
- IFRS biliyi;
- Power BI biliyi (üstünlükdür, lakin tələb deyil);
- ACCA, CFA və ya digər peşəkar sertifikatlar.
Şərait
- Layihə - Green Karabakh Energy MMC;
- İş yeri - Bakı;
- İş rejimi - Yarım ştat;
- Əmək haqqı - 2000–2500 AZN, güclü namizəd üçün müzakirə oluna bilər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Maliyyə analitiki üzrə bazar adətən 800–1 800 ₼ ödəyir, median — 1 028 ₼.
28 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Maliyyə analitiki kimi öz maaşını yoxlaMüraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaliyyə analitiki üzrə Bakıda digər açıq elanlar.
Maliyyə hesabatlarını hazırlayır, təhlil edir və IFRS biliklərinə malikdir.
Maliyyə hesabatlarının hazırlanması və təhlili ilə məşğul olur, yüksək analitik bacarıq tələb olunur.
Məhsullar üzrə satış qiymətləri və marja hesablamalarını hazırlayır, maliyyə analizi aparır və ACCA sertifikatına malikdir.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur


