Maliyyə hesabatlığı və təhlil şöbəsinin aparıcı mütəxəssisi

Ferrum Kapital

Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 iyun 2026
Dillər
English, Azerbaijani
Son tarix
23 iyul 2026

Vakansiya haqqında

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Maliyyə hesabatlığı və təhlil şöbəsinin aparıcı/baş mütəxəssisi vakansiyasını elan edir.



Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Vəzifə öhdəlikləri:

Aylıq, rüblük və illik maliyyə hesabatlarının IFRS standartlarına uyğun hazırlanması və təhlili
Əsas maliyyə hesabatlarının hazırlanması və təhlili
Tənzimləyici qurumlara təqdim edilən hesabatların hazırlanması;
Maliyyə göstəricilərinin təhlili və rəhbərliyə təqdim edilməsi;
Təqdim olunan hesabatlar üzrə göstəricilərin düzgünlüyünün yoxlanılması, fərqlərin araşdırılması və müvafiq düzəlişlərin edilməsi;
Tələblər
Maliyyə, Mühasibat və ya İqtisadiyyat üzrə ali təhsil;
ACCA, CFA, CFI və s. maliyyə sertifikatların olması arzuolunandır;
Excel proqramını yaxşı səviyyədə bilmək
Maliyyə hesabatları barədə yüksək səviyyədə biliklər;
Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
Problemləri həll etmə bacarığına malik;
İngilis dili biliyi yüksək səviyyədə.
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Maliyyə hesabatlığı və təhlil şöbəsinin aparıcı mütəxəssisi
Müraciət et