Mühasibatlıq əməliyyatlarını aparır və vergi hesabatlarını hazırlamaq üçün analitik bacarıq tələb olunur
Vakansiya haqqında
Təhsil Texnologiyaları Mərkəzi komandasına Maliyyə üzrə aparıcı mütəxəssis axtarır.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, F.X. Xoyski küçəsi 109
- İş qrafiki: Bazar ertəsi–Cümə | 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Vəzifə öhdəlikləri
- Əməliyyatlarının mühasibat uçotu hesabları üzrə 1C proqram təminatında düzgün əks etdirilməsi və müvafiq hesablara nəzarət;
- Debitor və kreditor borcların uçotunun aparılması;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələri, ezamiyyə və mükafatların hesablanıb ödənilməsi üçün alt sənədlərin uyğunluğuna nəzarət;
- Layihələr üzrə büdcə sənədlərinin və hesabatlarının hazırlanmasına nəzarət edilməsi;
- Aylıq maliyyə bağlanış prosedurunun təmin edilməsi;
- Bank əməliyyatlarına nəzarət;
- Maliyyə hesabatlarının hazırlanması;
- Statistika hesabatlarının təqdim edilməsi;
- Əmək haqqının düzgün hesablanmasına nəzarət;
- Dövlət orqanlarından daxil olan müraciət və sorğuların cavablandırılması;
- Vahid muzdlu hesabatın hazırlanması və təqdim edilməsi;
- Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu üzrə sənədləşmədə iştirak edilməsi;
- Yanacaq və kommunikasiya xərclərinə nəzarət;
- Rəhbərlik tərəfindən tələb olunan digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahədə ali təhsil;
- Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (xüsusilə Excel);
- Maliyyə sahəsində minimum 3 il iş təcrübəsi;
- 1C 8.3 mühasibat proqramında işləmə bacarığı;
- Vergi qanunvericiliyi və mühasibat uçotu sahəsində bilik və təcrübə;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
- Ofis etikası, nizam-intizam və subordinasiya qaydalarına riayət etmək;
- Maliyyə sahəsində müvafiq beynəlxalq sertifikatlara sahib namizədlərə üstünlük verilir.
CV-lərinizi mövzu hissəsində "Maliyyə üzrə aparıcı mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq
Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 avqust 2026
Son tarix
31 avqust 2026
Şirkət haqqında
Təhsil Texnologiyaları Mərkəzi
Baku
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
1 500₼
Müraciət etAsan müraciətAsan müraciət
800–1 000₼
Lizinq əməliyyatlarının uçotunu aparan və mühasibatlıq sahəsində təcrübəsi olan mühasib axtarılır
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Gündəlik mühasibat əməliyyatlarını idarə edir və 1C proqramında işləməyi bacarır
Müraciət etAsan müraciətAsan müraciət
1 500–2 000₼
Mal-materialların uçotunu aparır, sənədləri yoxlayır və 1C proqramında işləməyi bacarır
Müraciət etAsan müraciətAsan müraciət
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 



