Maliyyə hesabatlarının hazırlanmasına dəstək verir və ACCA FA sertifikatına malikdir
Vakansiya haqqında
“A+CO” ASC “Büdcə və hesabatlılıq üzrə mütəxəssis” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
- Müəssisənin illik və dövri büdcələrinin hazırlanmasında iştirak etmək;
- Büdcə üzrə kənarlaşmaları təhlil etmək
- Aylıq, rüblük və illik maliyyə və idarəetmə hesabatlarını hazırlamaq;
- Struktur bölmələrdən büdcə və hesabatlılıq üçün zəruri məlumatları toplamaq və təhlil etmək;
- Plan və faktiki göstəricilərin müqayisəli təhlilini aparmaq, kənarlaşmaları müəyyən etmək və səbəblərini araşdırmaq;
- Gəlir və xərc göstəriciləri üzrə analitik hesabatlar hazırlamaq;
- Hesabat məlumatlarının düzgünlüyünü, tamlığını və vaxtında təqdim olunmasını yoxlamaq;
- Rəhbərlik tərəfindən tələb olunan operativ və xüsusi təyinatlı hesabatları hazırlamaq;
- Hesabatlılıq proseslərinin təkmilləşdirilməsi, hesabat formalarının standartlaşdırılması və avtomatlaşdırılması istiqamətində iştirak etmək;
- Hesabatların müəyyən edilmiş forma və müddətlərə uyğun hazırlanmasına nəzarət etmək.
Namizədə dair tələblər:
- Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi (üstünlükdür);
- Büdcə planlaşdırılması və maliyyə hesabatlılığı üzrə biliklər;
- Maliyyə və iqtisadi göstəricilərin təhlili bacarığı;
- Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Maliyyə və mühasibat uçotu prinsipləri haqqında biliklər;
- Analitik düşünmə, detallara diqqət və rəqəmlərlə işləmək bacarığı;
- Komandada işləmək və vaxtın düzgün idarə edilməsi bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik.
Üstünlük hesab olunur:
- Logo , ERP və digər maliyyə idarəetmə proqramları ilə işləmək təcrübəsi;
- Power BI üzrə biliklər;
- Büdcə planlaşdırılması və proqnozlaşdırılması təcrübəsi;
- MHBS (IFRS) və maliyyə hesabatlılığı üzrə biliklər.
Şəxsi keyfiyyətlər:
- Analitik və məntiqi düşünmə;
- Dəqiqlik və diqqətlilik;
- Təşəbbüskarlıq;
- Məxfi məlumatlarla işləmək bacarığı.
İş şəraiti:
- İş yeri: Xırdalan, Həsən Əliyev küç. 121 (Xırdalan Şərab Zavodu);
- İş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək, 5 günlük;
- Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı - Bilik və bacarıqlara uyğun təyin olunacaq
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Büdcə və hesabatlılıq üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
2006-cı ildən fəaliyyətinə başlamış “Xırdalan Şərab” bazara “Qızıl Qaya”, “Kaqor”, “Qara Üzüm” şərabları ilə və “Şirvan”, “Yubiley” konyakları ilə qədəm qoymuşdur.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Xırdalan, Həsən Əliyev küç. 121 (Xırdalan Şərab Zavodu) ünvanındadır.
İş qrafiki həftədə 5 gün, saat 08:00-dan 17:00-dəkdir.
Əmək haqqı bilik və bacarıqlara uyğun təyin olunur.
CV göndərilməlidir, mövzu yerinə “Büdcə və hesabatlılıq üzrə mütəxəssis” yazılmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçSon müraciət tarixi 11 dekabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaliyyə hesabatlığı üzrə analitik üzrə Xırdalanda digər açıq elanlar.
Maliyyə modellərinin hazırlanması və təhlili üzrə işləyir, güclü Excel və PowerPoint bacarıqları tələb olunur
Maliyyə vəziyyətinin qiymətləndirilməsi və rezolyusiya planlarının hazırlanması üzrə mütəxəssis tələb olunur
Maliyyə hesabatlarının hazırlanmasını və analitik təhlilini aparmaq üçün minimum 2 il təcrübə tələb olunur


