Vakansiya haqqında

Maliyyə hesabatlarının hazırlanması

  • Aylıq, rüblük və illik maliyyə hesabatlarını (mənfəət və zərər hesabatı, balans, pul vəsaitlərinin hərəkəti hesabatı, kapitalda dəyişikliklər hesabatı) IFRS Standartlarına uyğun hazırlamaq.

  • Maliyyə hesabatlarına izahlı qeydləri hazırlamaq.

  • Dövlət orqanlarına, səhmdarlara, banklara və digər maraqlı tərəflərə təqdim olunan hesabatları vaxtında və dəqiq hazırlamaq.

Dövr sonu bağlanışı və uçotun düzgünlüyü

  • Ay sonu və il sonu bağlanış prosesini koordinasiya etmək, bağlanış qrafikinə əməl olunmasına nəzarət etmək.

  • Hesablanmış xərclər, təxirə salınmış gəlirlər, amortizasiya, ehtiyatlar və digər düzəliş yazılışlarını hazırlamaq və yoxlamaq.

  • Baş kitab hesablarının yardımçı uçot registrləri, bank çıxarışları və kontragentlərlə üzləşdirilməsini (reconciliation) aparmaq və fərqləri aradan qaldırmaq.

  • Debitor və kreditor borcların düzgünlüyünün yoxlanılması və nəzarət. Üzləşdirmə aktlarının hazırlanmasında iştirak etmək.

Maliyyə nəzarəti və daxili nəzarət

  • Maliyyə əməliyyatlarının daxili qaydalara, uçot siyasətinə və qanunvericiliyə uyğunluğuna nəzarət etmək.

  • Daxili nəzarət prosedurlarını hazırlamaq, tətbiqini izləmək və onların effektivliyini qiymətləndirmək.

  • Ödənişlərin, xərclərin və müqavilə öhdəliklərinin təsdiq limitlərinə və büdcəyə uyğunluğunu yoxlamaq.

  • Risk sahələrini, uyğunsuzluqları müəyyən edib rəhbərliyə məlumat vermək.

Büdcə nəzarəti və idarəetmə hesabatlığı

  • Faktiki göstəriciləri büdcə və proqnozlarla müqayisə etmək, kənarlaşmaların (variance analysis) səbəblərini təhlil etmək.

  • Rəhbərlik üçün idarəetmə hesabatlarını, əsas maliyyə göstəricilərini (KPI) və analitik panelləri hazırlamaq.

  • Büdcə və proqnozlaşdırma prosesində iştirak etmək, struktur bölmələrə metodiki dəstək göstərmək.

  • Xərclərin optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq.

Vergi və tənzimləyici hesabatlıq

  • Vergi bəyannamələrinin hazırlanmasında iştirak etmək və ya onların maliyyə uçotu məlumatları ilə uyğunluğunu yoxlamaq.

  • Statistika orqanlarına və digər tənzimləyici qurumlara təqdim olunan hesabatların vaxtında təqdimatını təmin etmək.

  • Qanunvericilikdə və standartlarda baş verən dəyişiklikləri izləmək və onların şirkətə təsirini qiymətləndirmək.

Audit və yoxlamalara dəstək

  • Xarici və daxili auditlər, vergi yoxlamaları zamanı lazımi sənədləri və izahatları hazırlamaq.

  • Auditor tövsiyələrinin icrasına nəzarət etmək.

Uçot siyasəti və proseslərin təkmilləşdirilməsi

  • Uçot siyasətinin, daxili təlimatların və hesabatlıq prosedurlarının hazırlanmasında və yenilənməsində iştirak etmək.

  • Hesabatlıq proseslərinin avtomatlaşdırılması və ERP/mühasibat sistemlərinin (1C, SAP, Oracle və s.) səmərəli istifadəsi üzrə təkliflər vermək.

  • Maliyyə məlumatlarının bütövlüyünü, məxfiliyini və arxivləşdirilməsini təmin etmək.

Digər öhdəliklər

  • Digər struktur bölmələrlə (satınalma, satış, hüquq, İR) maliyyə məsələləri üzrə əməkdaşlıq etmək.

  • Rəhbərliyin verdiyi digər tapşırıqları vəzifə səlahiyyətləri çərçivəsində yerinə yetirmək.

Tələb Olunan Bilik və Bacarıqlar:

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);

  • Mühasibat uçotu, hesabatlıq və ya vergi sahəsində minimum 2–3 il iş təcrübəsi;

  • Maliyyə hesabatlarının hazırlanması təcrübəsi, IFRS Standartlarını bilmək;

  • “Mühasibat uçotu haqqında” Qanunu və uçot prosedurlarını dərindən bilmək;

  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini dərindən bilmək və vergi bəyannamələrinin yoxlanılması təcrübəsi;

  • 1C:Mühasibat proqramında sərbəst işləmək bacarığı (ay sonu bağlanışı, dövriyyə-saldo cədvəli, hesab təhlili);

  • e-taxes.gov.az şəxsi kabineti ilə işləmək bacarığı;

  • MS Excel-i yüksək səviyyədə bilmək (Pivot Table, VLOOKUP/XLOOKUP, SUMIFS, məlumatların üzləşdirilməsi);

  • Yüksək diqqətlilik, məsuliyyətlilik, son tarixlərə əməl etmək və məxfi məlumatlarla işləmə bacarığı;

  • Azərbaycan dili – sərbəst, İngilis dili bilikləri üstünlükdür;

  • ACCA, DipIFR və ya oxşar peşəkar sertifikatların olması üstünlükdür.

Təklif edilir:

  • Tibbi Sığorta;

  • Korporativ nömrə;

  • Nahar təminatı;

  • Dinamik mühitdə işləmək və inkişaf şansı;

  • Rahat və müasir ofis.

İş şəraiti:

  • İş yeri: Bakı, Sarabski küçəsi 75, Sarabski Plaza;

  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Sarabski küçəsi 75, Sarabski Plaza
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 oktyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
20 noyabr 2026
HRX ilə müraciət
2
Baxış
127

Şirkət haqqında

AdGo I Advera
Peşəkar, elmi və texniki fəaliyyətlər, Marketinq və reklam xidmətləri · Bakı
AdGo I Advera — bütün vakansiyalar

AdGo — Azərbaycanda şəhər nəqliyyatı və açıq hava məkanlarında reklam daşıyıcılarını vahid platformada birləşdirən müasir reklam platformasıdır.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərində, Sarabski küçəsi 75, Sarabski Plaza yerləşir.

İş qrafiki 5/7, iş saatları 09:00-dan 18:00-dəkdir.

Mühasibat uçotu, hesabatlıq və ya vergi sahəsində minimum 2–3 il iş təcrübəsi tələb olunur.

IFRS standartları, 1C mühasibat proqramı və MS Excel yüksək səviyyədə bilməsi tələb olunur.

CV-lər mövzu hissəsində “Hesabatlılıq və Maliyyə Nəzarəti üzrə Mütəxəssis” qeyd edilməklə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Maliyyə hesabatlığı üzrə analitik üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Hesabatlılıq və maliyyə nəzarəti üzrə mütəxəssis
Müraciət et