Maliyyə hesabatlığı və mühasibatlıq şöbəsinin maliyyə nəzarəti və uçotu üzrə mütəxəssisi

Birbank

Vakansiya haqqında

Birbankda Maliyyə nəzarəti və uçotu şöbəsinin mütəxəssisi vəifəsi üzrə analitik düşüncəyə malik, rəqəmlərlə işləməkdən zövq alan, detallara diqqət göstərən və bankın uçot sistemlərinin təkmilləşdirilməsində fəal rol oynaya biləcək namizədlər axtarışındayıq.

Vəzifə öhdəlikləri

  • Maliyyə uçotunun bankın siyasətinə və mühasibatlıq prinsiplərinə uyğunluğunu təmin etmək;
  • Hesabların Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planına uyğun açılmasını təmin etmək;
  • Əməliyyatların Bank Əməliyyat Sistemində düzgün əks etdirilməsinə nəzarət etmək;
  • Uçot səhvlərini və ya uyğunsuzluqları müəyyənləşdirmək və lazimi düzəliş tədbirlərini təklif etmək;
  • Bank Əməliyyat Sistemində(BƏS) əməliyyatların düzgün şəkildə əks olunmasını təmin etmək;
  • Proseslərin uçot standartlara uyğun icra olunmasını yoxlamaq və uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;
  • BƏS-də məlumatların düzgün və tam şəkildə qeydə alınmasını nəzarətdə saxlamaq;
  • Bankın bağladığı müqavilələr əsasında vendorlarla hesablaşmaları və üzləşmələri həyata keçirmək;
  • Vendorlarla bağlanmış müqavilələrə uyğun olaraq ödənişlərin icrasını tələb etmək;
  • Vendorlarla üzləşmələrin düzgün aparılmasını təmin etmək və uyğunsuzluqların həllinə nəzarət etmək;
  • Uçot üzrə nəzarət mexanizmlərinin qurulmasını və mövcud nəzarət alətlərinin optimallaşdırılmasını (mövcud nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və effektivliyinin artırılması) təmin etmək;
  • Nəzarət mexanizmlərinin-hesabatların avtomatlaşdırılması və rəqəmsallaşdırılması istiqamətində təkliflər vermək və tətbiq etmək.

Tələblər

  • İqtisadiyyat, maliyyə və ya əlaqəli sahələr üzrə ali təhsil
  • Sahə üzrə ən az 1 il iş təcrübəsi
  • Riyazi hesablama qabiliyyəti
  • Dəqiqlik, detallara qarşı diqqətlilik
  • Kritik düşüncə qabiliyyəti
  • Güclü analitik və problem həll etmə qabiliyyətləri
  • Təşəbbüskarlıq
  • ACCA F3 olması arzuolunandır
  • SQL biliklərinin olması arzuolunandır

Üstünlüklər

  • Ekosistem səviyyəsində öyrənmə imkanları
  • Mentorluq və peşəkar inkişaf
  • Milyonlarla müştəri üçün real təsir yaratmaq
  • Dəstəkləyici və açıqfikirli mədəniyyət
  • Texnologiya və biznesin kəsişməsində karyera imkanı
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət günləri

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Port Baku filialı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 oktyabr 2026
Son tarix
27 oktyabr 2026
HRX ilə müraciət
5
Baxış
283

Şirkət haqqında

Birbank
Banking · 5,001-10,000 · Baku
Birbank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş Port Baku filialında yerləşir.

Ən az 1 il sahə üzrə iş təcrübəsi tələb olunur.

İş saatları və günləri barədə məlumat verilməyib.

Mentorluq, peşəkar inkişaf, rəqabətli əməkhaqqı, sığorta və korporativ endirimlər təklif olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Maliyyə hesabatlığı üzrə analitik üzrə Bakıda digər açıq elanlar.

AZFEN MMC
JuniorBakı
Maaş göstərilməyib6 gün qalıb

Maliyyə üzrə təcrübəçi maliyyə hesabatları hazırlayır və Excel, SAP bilikləri tələb olunur.

Financial AccountingBudgetingFinancial AnalysisInvoice preparation+10
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
TuranBank ASC
JuniorBakı
Maaş göstərilməyib

Bankın hesabat və statistik məlumatların hazırlanmasını və təhlilini aparır, analitik bacarıq tələb olunur.

Financial ReportingStatistical AnalysisData AnalysisAnalytical Thinking+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Maliyyə hesabatlığı və mühasibatlıq şöbəsinin maliyyə nəzarəti və uçotu üzrə mütəxəssisi
Müraciət et