Vakansiya haqqında

Təsvir

  • İllik büdcə, proqnoz və uzunmüddətli maliyyə planlarının hazırlanması və yenilənməsi;
  • Mənfəət və zərər, Balans və Pul vəsaitlərinin hərəkəti hesabatları üzrə maliyyə modellərinin hazırlanması;
  • Faktiki nəticələrin büdcə, proqnoz və əvvəlki dövrlə müqayisəli təhlili;
  • Ehtiyatlar, debitor və kreditor borclarının təhlili, dövriyyə kapitalı və pul axını proqnozlarının hazırlanması;
  • Aylıq idarəetmə və analitik hesabatların hazırlanması;
  • Maliyyə və mühasibat uçotu strukturunun, hesablar planının və analitik uçotun qurulmasında iştirak;
  • Ehtiyatlar, maya dəyəri, gəlirlər, debitor/kreditor borcları və əsas vəsaitlər üzrə uçot proseslərinin təkmilləşdirilməsində iştirak;
  • Ay sonu bağlanış prosesində əsas hesabların üzləşdirilməsi və analitik təhlili;
  • ERP/1C sistemində maliyyə və idarəetmə hesabatlılığı strukturunun qurulmasında iştirak;
  • Maliyyə proseslərinin avtomatlaşdırılması, daxili nəzarətlərin təkmilləşdirilməsi və digər funksiyalarla əməkdaşlıq.

Tələblər

  • Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • FP&A, maliyyə təhlili, idarəetmə hesabatlılığı və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Maliyyə və mühasibat uçotu prinsipləri, ikili yazılış sistemi və maliyyə hesabatları üzrə güclü bilik;
  • Büdcələmə, proqnozlaşdırma və maliyyə modelləşdirilməsi üzrə praktiki təcrübə;
  • MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • ERP/1C və ya digər mühasibat sistemləri ilə iş təcrübəsi;
  • Böyük həcmli maliyyə məlumatlarını təhlil etmək, uyğunsuzluqları müəyyən etmək və nəticə çıxarmaq bacarığı;
  • Güclü analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı;
  • Müxtəlif funksiyalarla effektiv əməkdaşlıq və kommunikasiya bacarığı;
  • Azərbaycan dilini səlis bilmək, ingilis və rus dillərini bilmək üstünlükdür;
  • ACCA, CIMA və ya digər peşəkar maliyyə sertifikatları üzrə təhsil/təcrübə üstünlükdür.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Nizami Abdullayev küçəsi 4/47
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
21 noyabr 2026
Baxış
137

Şirkət haqqında

Avromed Company MMC
Əczaçılıq məhsullarının istehsalı, İnsan sağlamlığı və sosial xidmətlər · 501-1000 · Baku
Avromed Company MMC — bütün vakansiyalar

Avromed Company MMC dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısıdır. Dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə əməkdaşlıq edərək Azərbaycan səhiyyə sisteminin müalicə və…

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Maliyyə, mühasibatlıq və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi tələb olunur.

Vakansiya tam ştatdır, iş saatları barədə məlumat verilməyib.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Maliyyə hesabatlığı üzrə analitik üzrə Bakıda digər açıq elanlar.

Sedef Pharma MMC
Senior · 3–4 ilBakı
Maaş göstərilməyib

Maliyyə hesabatları hazırlayır, büdcələşdirmə və maliyyə təhlili üzrə 3-4 il təcrübəsi var.

Financial ReportingBudgetingFinancial AnalysisIFRS+17
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Maliyyə planlaması və hesabatlığı üzrə mütəxəssis
Müraciət et