Maliyyə və əməliyyat məlumatlarını təhlil edib istehsal və logistika performansını yaxşılaşdırır, maliyyə təhlili bacarığı tələb olunur.
Vakansiya haqqında
Şirkət haqqında: 2016-cı ildən fəaliyyət göstərən Bukhalternative MMC mühasibatlıq, vergi və maliyyə məsləhəti sahəsində ixtisaslaşmış peşəkar konsalting şirkətidir. Müştərilərimizə göstərilən xidmətlərin dəqiqliyini və yüksək keyfiyyətini təmin etmək məqsədilə komandamıza məsuliyyətli və təcrübəli "Vergi üzrə mütəxəssis" axtarırıq.
İş öhdəlikləri:
- Maliyyə hesabatlarının (Balans, Gəlir və xərclər, Pul axını / Cash Flow və s.) hazırlanması, təhlili və dəqiqliyinin təmin edilməsi;
- Vergi bəyannamələrinin (ƏDV, Mənfəət, Gəlir vergisi, Sosial sığorta/DSMF və s.) dəqiq hazırlanması və müvafiq dövlət orqanlarına vaxtında təqdim edilməsi;
- Kameral vergi yoxlamalarını həyata keçirmək, bəyannamələrin düzgünlüyünü yoxlamaq, xətaları müəyyən edərək düzəlişlər etmək və dövlət orqanları ilə müvafiq yazışmaları icra etmək;
- Vergi yoxlamaları üçün tələb olunan maliyyə və mühasibat məlumatlarını hazırlamaq;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının rəhbərliyə vaxtında təqdim olunması;
- Mal qalığına müntəzəm nəzarət etmək;
- Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələri yerinə yetirmək.
Namizədə tələblər:
- Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikası Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
- Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq;
- Güclü analitik düşüncə, problem həll etmə və qərarvermə bacarıqları.
İş şəraiti:
- İş rejimi: 5 günlük (09:00 - 18:00);
- Ünvan: Bakı şəhəri, 28 May (Kövkəb Səfərəliyeva küç.);
- Əməkhaqqı: Rəqabətədavamlıdır (müsahibə zamanı müzakirə olunacaq).
Təklif edirik:
- Müxtəlif sahələr üzrə praktiki təcrübə;
- Stabil və uzunmüddətli əməkdaşlıq;
- Peşəkar inkişaf və təlim imkanları;
- Korporativ iş mühiti və dəstəkləyici komanda.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş rejimi həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.
İş yeri Bakı şəhəri, 28 May, Kövkəb Səfərəliyeva küçəsində yerləşir.
Namizəd üçün minimum 2 il iş təcrübəsi tələb olunur.
Microsoft Office proqramında yaxşı, MS Excel proqramında yüksək səviyyədə səriştə tələb olunur.
Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil tələb olunur.
Azərbaycan Respublikası Vergi Məcəlləsini yüksək səviyyədə bilməlidir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaliyyə hesabatlığı üzrə analitik üzrə Bakıda digər açıq elanlar.
Maliyyə hesabatları hazırlayır, büdcələşdirmə və maliyyə təhlili üzrə 3-4 il təcrübəsi var.
Şirkətin büdcə planlaması və hesabatlılığını aparır, maliyyə analizində təcrübə tələb olunur.
İllik büdcənin hazırlanması və maliyyə hesabatlarının təhlili üzrə təcrübəli mütəxəssis.



