Şirkətin maliyyə, mühasibatlıq və vergi proseslərini idarə edir, 3 il təcrübə tələb olunur
Vakansiya haqqında
Tələblər:
- Maliyyə idarəçiliyi sahəsində minimum 5 il iş təcrübəsi.
- Vergi qanunvericiliyini bilməli.
- Azərbaycan, Rus dilində sərbəst danışıq mütləqdir.
- Ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə olması);
- Maliyyə, mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi və beynəlxalq standartları üzrə məlumatlılıq;
- Maliyyə şöbəsinin fəaliyyətinin qurulması və idarə olunması bacarıqları.
Öhdəliklər:
- Şirkətin maliyyə planlarını hazırlamaq, gəlir və xərcləri büdcələmək.
- Büdcə performansını izləmək və analiz etmək, büdcə hədəflərinə uyğunluğunu təmin etmək
- Gəlir, xərclər, mənfəət və zərərlərlə bağlı aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq
- Maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə hesabat vermək.
- Pul axınlarının səmərəli şəkildə idarə olunmasını təmin etmək və likvidlik səviyyəsini saxlamaq.
- Bölmələr üzrə material qalığına nəzarət.
- Mal hərəkətinin uçotu və inventarizasiya nəzarət.
- Əsas vəsaitlər və amartizasiya hesablanmasına nəzarət.
- Şirkətin vergi siyasətini tənzimləmək və vergi öhdəliklərini vaxtında yerinə yetirmək.
- Vergi hesabatlarını hazırlamaq və qanunvericiliyə uyğun təqdim etmək.
- Vergi qanunvericiliyindəki dəyişikliklərdən xəbərdar olmaq və uyğun vergi planlaşdırması aparmaq.
- Vergi optimallaşdırması məqsədilə müvafiq strategiyaların hazırlanması və həyata keçirilməsi.
- Audit zamanı ortaya çıxan problemlərin həll edilməsi üçün müvafiq tədbirlər həyata keçirmək və hesabatlılığı təmin etmək.
- Maliyyə bazarlarını izləmək və iqtisadi şəraitin dəyişikliklərinə uyğun maliyyə strategiyalarını tənzimləmək.
- Yeni maliyyə mənbələrinin cəlb edilməsi və mövcud kapitalın artırılması üçün strategiyalar hazırlamaq.
- Əmək haqqlarının hesablanmsına nəzarət.
- Sosial vergilərin hesablanmasına nəzarət.
- Kassa hesabatlarına nəzarət .
- Satışın planlanması və mayə dəyərinin kalkulyasıyası.
- Büdcələrin tərtib olunması.
İş Şərtləri:
- Ə/H müsahibə əsasında təyin olunacaq
- 5 günlük iş həftəsi
- İş saatı: 10:00-19:00
- Rabitə xərclərinin şirkət tərəfindən ödənilir
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Maliyyə meneceri” mövzusu altında Müraciət et düyməsində qeyd olunan elekton ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Maliyyə meneceri üzrə bazar adətən 2 000–5 500 ₼ ödəyir, median — 3 000 ₼.
17 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Maliyyə meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
PJA MMC iaşə xidmətləri sahəsində fəaliyyət göstərən çoxbrendli şirkətdir. Şirkət Papa Johns Azerbaijan, LVIV Şokolad Evi və Bursa Kebap Evi brendləri üzrə idarəetmə və əməliyyat fəaliyyətini həyata keçirir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş saatı 10:00-dan 19:00-dəkdir.
İş həftəsi 5 gündür.
Əmək haqqı müsahibə əsasında təyin olunur.
Rabitə xərcləri şirkət tərəfindən ödənilir.
İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaliyyə meneceri üzrə Bakıda digər açıq elanlar.
Maliyyə hesabatlarını hazırlayır, büdcəni idarə edir və maliyyə analizində təcrübə tələb olunur.
Şirkətin maliyyə strategiyasını hazırlayır, büdcə planlaması və hesabatlar üzrə təcrübə tələb olunur.
Maliyyə hesabatlarını hazırlayır və maliyyə əməliyyatlarını idarə etmək üçün güclü hesablama bacarıqları tələb olunur.

