Maliyyə hesabatlarını hazırlayır, büdcəni idarə edir və maliyyə analizində təcrübə tələb olunur.
Vakansiya haqqında
MinVolt şəhər mikro-mobilliyi sahəsində fəaliyyət göstərən texnologiya şirkətidir. Biz kuryerlər üçün elektrik velosipedləri parkını, avtomatlaşdırılmış batareya dəyişmə stansiyaları şəbəkəsini və nəqliyyatın idarə olunması üçün IT platformanı inkişaf etdiririk.
Şirkətin maliyyə funksiyasına tam nəzarət edəcək, maliyyə, mühasibatlıq, vergi və kadr inzibatçılığı proseslərinə cavabdeh olacaq Finance & Accounting Manager axtarırıq.
Bu roldan gözləntimiz: Finance & Accounting Manager istənilən anda aşağıdakı suallara dəqiq cavab verə bilməlidir: Şirkət nə qədər qazanıb → nə qədər xərcləyib → hansı vergi öhdəlikləri yaranıb → uçotda nə əks olunub → hansı maliyyə və vergi riskləri mövcuddur.
Vəzifə öhdəlikləri
- Şirkətin bütün pul axınlarına nəzarət: bank hesabları, kassa, ekvayrinq və digər ödəniş kanalları;
- Daxilolmaların mühasibat və vergi uçotu ilə mütəmadi üzləşdirilməsi;
- Mühasibat uçotunun və ilkin sənədlərin düzgünlüyünə nəzarət;
- ƏDV, mənfəət vergisi, əməkhaqqı üzrə vergilər və digər vergi öhdəliklərinin hesablanması və nəzarəti;
- Vergi bəyannamələri, e-qaimə, e-kassa və ƏDV depozit hesabına nəzarət;
- İdxal əməliyyatları və gömrük sənədləri ilə iş;
- Aylıq maliyyə dövrünün bağlanması;
- P&L, Cash Flow, Balance Sheet və Budget vs Fact hesabatlarının hazırlanması;
- Ödəniş təqviminin idarə olunması;
- Debitor və kreditor borclarına nəzarət;
- Əsas vəsaitlərin, velosipedlərin, batareyaların, avadanlıqların və ehtiyatların uçotu;
- Payroll və kadr inzibatçılığı: əmək müqavilələri, ƏMAS, məzuniyyətlər, xəstəlik vərəqələri, işə qəbul və işdən azad edilmə;
- Banklar, vergi orqanları, auditorlar və xarici məsləhətçilərlə iş;
- CEO üçün maliyyə vəziyyəti, öhdəliklər və risklər üzrə mütəmadi hesabatların hazırlanması.
Tələblər
- Maliyyə və ya mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının mühasibat və vergi qanunvericiliyini yaxşı bilmək;
- ƏDV və vergi hesabatları ilə praktiki iş təcrübəsi;
- ƏMAS, e-qaimə, e-kassa və elektron vergi sistemləri ilə işləmə bacarığı;
- Excel / Google Sheets proqramlarında yüksək səviyyədə işləmək;
- Diqqətlilik, sistemli düşüncə və yüksək məsuliyyət;
- Səhvləri, uyğunsuzluqları və maliyyə/vergi risklərini müstəqil şəkildə aşkar etmək bacarığı;
- Azərbaycan və rus dillərini bilmək.
Üstünlükdür:
- idxal əməliyyatları olan şirkətdə iş təcrübəsi;
- çoxsaylı əsas vəsaitlərin uçotu üzrə təcrübə;
- idarəetmə uçotunun qurulması təcrübəsi.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Maliyyə meneceri üzrə bazar adətən 2 000–5 500 ₼ ödəyir, median — 3 000 ₼.
17 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Maliyyə meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Maliyyə və ya mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
Əmək haqqı 1500–2500 aralığındadır.
İş saatları və günləri barədə məlumat verilməyib.
Müraciət üçün CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaliyyə meneceri üzrə Bakıda digər açıq elanlar.
Şirkətin maliyyə planlarını hazırlayır və idarəetmə üçün maliyyə təhlili aparır, 5 il təcrübə tələb olunur.
Maliyyə meneceri illik büdcə hazırlayır və maliyyə hesabatlarını təhlil edir.
SAP FI modullarını konfiqurasiya edir və maliyyə əməliyyatlarına dəstək verir, 2-4 il təcrübə tələb olunur.


