Vakansiya haqqında

İş yeri: Bakı

İş qrafiki: 5 günlük iş həftəsi (On-site / Ofis daxili)

Namizədə Dair Tələblər:

  • Təhsil: Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat sahəsi üzrə Bakalavr dərəcəsi.

  • Dil bilikləri: Azərbaycan dilində sərbəst işgüzar ünsiyyət və yazışma bacarığı (İngilis və ya Rus dili bilikləri üstünlükdür).

  • Fərdi keyfiyyətlər (Soft Skills): Yüksək dəqiqlik, analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və detaylara xüsusi diqqət yetirmək bacarığı.

İş təcrübəsi və Proqram bilikləri:

  • MS Excel proqramını yüksək səviyyədə bilmək (XLOOKUP/VLOOKUP, SUMIFS funksiyaları və mürəkkəb hesabatların hazırlanması bacarığı).

  • ERP və mühasibatlıq sistemləri ilə iş təcrübəsi (1C proqramı bilikləri olanlara üstünlük verilir).

  • Büdcə və faktiki xərclərin təhlili, debitor borclarının yaşlandırılması və pul axını (Cash Flow) hesabatlarının hazırlanması təcrübəsi.

Vəzifənin Məqsədi və Əsas Öhdəlikləri:

  • Tikinti layihələri üzrə ödəniş sənədlərini, hesab-fakturaları, müqavilələri, təhvil-təslim aktlarını və digər təsdiqedici sənədləri yoxlamaq.

  • Hər bir ödənişin düzgün layihə, xərc mərkəzi, büdcə sətri və xərc kateqoriyası üzrə təsnifləşdirilməsini təmin etmək.

  • Materiallar, avadanlıqlar, subpodrat işləri, əməkhaqqı, texnika icarəsi, logistika və digər xərclərin müvafiq büdcə maddələrinə aid edilməsinə nəzarət etmək.

  • Büdcədənkənar, artıq və ya yanlış kateqoriyaya aid edilmiş ödənişləri müəyyən etmək və müvafiq rəhbərliyə məlumat vermək.

  • Ödəniş reyestrini aparmaq.Müştərilər, sifarişçilər üzrə alacaqların dəqiq uçotunu aparmaq.

  • Debitor borclarının yaşlandırma hesabatını (Accounts Receivable Aging Report) hazırlamaq.

  • Vaxtı keçmiş alacaqları müəyyən etmək, onların səbəblərini təhlil etmək və yığım prosesini izləmək.

  • Sifarişçilərdən daxil olmalı ödənişlərin müqavilə qrafiki və təsdiq edilmiş görülmüş işlər üzrə vaxtında alınmasına nəzarət etmək.

  • Debitor məlumatlarını satış, müqavilələr, layihə idarəetməsi və mühasibatlıq şöbələri ilə uzlaşdırmaq.

  • Debitor borcları üzrə risklər, gecikmələr və gözlənilən daxilolmalar barədə rəhbərliyə hesabat təqdim etmək.

  • Maliyyə məlumatlarının tam, düzgün və vaxtında sistemə daxil edilməsini təmin etmək.

  • Müqavilə, hesab-faktura, ödəniş tapşırığı və mühasibat yazılışları arasında uyğunluğu yoxlamaq.

  • Sənədlərin düzgün arxivləşdirilməsini və audit üçün əlçatan olmasını təmin etmək.

  • Maliyyə məlumatlarında təkrarlanan qeydləri, səhvləri və uyğunsuzluqları aşkar edib aradan qaldırmaq.

  • Şirkətin maliyyə prosedurlarına, daxili nəzarət qaydalarına və tətbiq olunan mühasibat standartlarına riayət etmək.

  • Büdcə və faktiki xərclərin təhlili, debitor borclarının yaşlandırılması və pul axını hesabatlarının hazırlanması bacarığı.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, CR4R+982
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
28 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
27 noyabr 2026
HRX ilə müraciət
2
Baxış
179

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Maliyyə meneceri üzrə bazar adətən 2 000–3 500 ₼ ödəyir, median — 2 900 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

9 açıq vakansiya, 10 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Maliyyə meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Sabah Investment Group
Corporate office · Bakı
Sabah Investment Group — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

İş həftədə 5 gün, ofis daxilindədir.

Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat üzrə bakalavr dərəcəsi tələb olunur.

MS Excel proqramını yüksək səviyyədə bilməli, ERP və mühasibatlıq sistemləri ilə iş təcrübəsi olmalıdır.

Azərbaycan dilində sərbəst işgüzar ünsiyyət bacarığı tələb olunur, İngilis və ya Rus dili bilikləri üstünlükdür.

Ödəniş sənədlərini yoxlamaq, büdcə və faktiki xərcləri təhlil etmək, debitor borclarını idarə etmək və hesabatlar hazırlamaq.

Namizəd elektron poçt vasitəsilə müraciət etməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Maliyyə meneceri üzrə Bakıda digər açıq elanlar.

Rəvan Commers MMC
Middle · 2–3 ilBakı
Maaş göstərilməyib

Maliyyə göstəricilərinin hesabatını hazırlayır və xərclərin optimallaşdırılmasını təhlil edir

Financial ReportingFinancial AnalysisBusiness Process AnalysisRisk Management+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Maliyyə mütəxəssisi
Müraciət et