Bank əməliyyatlarının üzləşdirilməsini və hesabatların hazırlanmasını həyata keçirir, analitik bacarıq tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Şirkətə daxil olan bütün qaimə fakturaların uçotu, təsdiqlərinin alınması üçün menecerlərə ünvanladırılması, hesabatının hazırlanması və proqram təminatında lazımı hesablarda uçotunun aparılması;
- Qaimə faktura göndərən qarşı tərəflərlə üzləşmənin aparılması, qaimədən əvvəl təqdim olunan marketing xərclərinin hesabatlarının hazırlanması, qaimələrin düzəlişə və ya ləğvə göndərilməsinin səbələrinin araşdırılması;
- Şəbəkələr və top maqazinlər üzrə həftəlik və aylıq əsasda qalıq borcları barədə hesabatların rəhbərliyə təqdim edilməsi;
- Şəbəkələr üzrə gecikmiş qaimələrin siyahısının çıxarılması və aidiyyatı şəxslərə təqdim edilməsi;
- Mənfəət-zərər hesabatının hazırlanması, onunla əlaqədar olaraq bütün işlək faylların hazırlanması (silinmələr, aksiyaların sayılması, vaxtı bitmiş mal hesabatı, kommersiya büdcələri), bütün müxabirləşmələrin proqramda tanıdılması;
- Qida üzrə bütün portfellərin mal girişi zamanı büdcələrin hesablanması və proqramda maya dəyərlərinə əlavə edilməsi;
- Qida üzrə bəzi portfellərin büdcə üzləşmələrinin aparılması, lazimi məlumatların hazırlanması;
- Bəzi şəbəkələr üzrə ödəniş bölgüsünün hazırlanması və mühasibatlığa təqdim edilməsi;
- Ödəniş üçün nəzərdə tutulan qaimələrin yığılaraq mühasibatlığa təqdim edilməsi;
- Mağazalar üzrə vadə günlərinin rəhbərin göstərişinə əsasən azaldılıb-artıqılmasını həyata keçirmək;
- ƏDV balans hesabının qalıqlarının təmizlənməsi, əvəzləşmə edilən məbləğlərin bağlanmasını proqramda həyata keçirmək;
- Kreditor borclara nəzarət və proqramda qalıqlarının düzəldilməsinin həyata keçirilməsi.
- Bank kredit faizlərinin hesablanması və portfellər üzrə bölgüsünün verilməsi hesabatı;
- Paşa Həyat Sığortasına qoşulmuş əməkdaşların ödənişlərinin işlənilməsi və ümumi olaraq administrator funksiyasının icrasının həyata keçirilməsi;
- Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni həyata keçirməlidir;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir;
- Bütün növ ciddi hesabat sənədlərinin qeydiyatını aparır;
- Struktur bölmə rəhbərinin həvalə etdiyi digər işləri yerinə yetirir
İş şəraiti
- İş saatı həftənin 5 günü 09:00 – 18:00
- İş yeri Köroğlu metrosu tərəfində yerləşir
Namizədə qarşı tələblər
- Ali iqtisadi təhsili olmalıdır;
- Maliyyə və Mühasibatlıq sahəsində iş təcrübəsi olmalıdır;
- Mükəmməl səviyyədə Microsoft Office proqramları bilməlidir;
- AR Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsinin tələblərini yaxşı səviyyədə bilməli və işində rəhbər tutmalıdır
- Yaş həddi – 25 - 40
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.
Şirkət haqqında
«AzTrade» MMC- 2007-ci ildə fəaliyyətinə başlayıb və həmin gündən bu günə qədər ölkəmizin qabaqcıl distribyutorlarından biridir.
Aztrade — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Tikinti materialları sektorunda maliyyə uçotu və hesabatların hazırlanmasını idarə edir
Sənəd dövriyyəsinin təşkili ilə məşğuldur və kargüzarlıq üzrə biliklər tələb olunur.
Elektron fakturaların qəbulunu və hesablanmasını həyata keçirir, mühasibatlıq və MS Office bilikləri tələb olunur.



