Vakansiya haqqında

Birbankın Maliyyə Menecmenti Departamentinin Strategiya, büdcə və analitika şöbəsinin meneceri vəzifəsinə maliyyə planlaşdırılması, büdcələşdirmə və analitika sahəsində təcrübəyə, güclü analitik düşüncəyə və maliyyə modelləri ilə işləmək bacarığına malik peşəkar axtarırıq.

Vəzifə öhdəlikləri

Bankın illik və çoxillik (3-5 illik) maliyyə modellərini hazırlamaq;

Büdcə planlaşdırma prosesini idarə etmək: illik büdcəni formalaşdırmaq, icrasına nəzarət və kənarlaşmaları təhlil etmək;

Xərcləri bölüşdürülməsi (cost allocation) metodologiyalarını hazırlamaq və tətbiq etmək, o cümlədən kanallar (rəqəmsal, filial) üzrə OPEX bölgüsünü həyata keçirmək;

Aylıq-rüblük maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim olunması üçün material və analitik dəstəyi təmin etmək;

Bankın maliyyə göstəricilərini hesablamaq və təhlil etmək;

Biznes bölmələri ilə əməkdaşlıq əsasında məlumat toplamaq, fərziyyələr formalaşdırmaq və maliyyə proqnozları qurmaq;

Struktur bölmələrin fəaliyyət nəticələrinin plan-fakt təhlilini aparmaq və müvafiq tövsiyələr hazırlamaq;

Rəhbərlik üçün strateji qərarların qəbulunda dəstək məqsədilə analitik təqdimatlar hazırlamaq;

Hesabat komandalarının işini koordinasiya etmək, tapşırıqları bölüşdürmək və nəticələrin keyfiyyətini yoxlamaq;

Digər struktur və biznes bölmələri ilə məlumat mübadiləsini təşkil etmək;

Mütəxəssislərə mentorluq etmək və peşəkar inkişafına dəstək olmaq.

Tələblər

Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;

Maliyyə planlaşdırılması, büdcələşdirmə və ya maliyyə təhlili sahəsində minimum 5 il iş və rəhbərlik təcrübəsi;

Maliyyə modelləşdirilməsi və büdcə planlaşdırılması üzrə təcrübə;

Yüksək səviyyədə MS Excel bilikləri;

SQL bilikləri arzuolunandır;

Yüksək səviyyədə Azərbaycan dili və ingilis dili bilikləri;

Güclü analitik düşünmə və riyazi/statistik təhlil bacarığı;

Detallara diqqət və yüksək dəqiqliklə işləmə bacarığı;

Prioritetləri düzgün müəyyən etmə və vaxtı effektiv idarə etmə bacarığı;

Komanda ilə işləmə və kommunikasiya bacarığı;

Yüksək məsuliyyətlilik və təşəbbüskarlıq.

Üstünlüklər

  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi kredit

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, 153 Neftçilər prospekti, Nəsimi district
Təcrübə
5–10 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
12 avqust 2026
Dillər
Azerbaijani, English
Son tarix
18 oktyabr 2026
Baxış
25

Şirkət haqqında

Birbank
Banking · Baku
Birbank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Maliyyə planlaması üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Sedef Pharma MMC
Senior · 3–4 ilBakı
Maaş göstərilməyib

Maliyyə hesabatları hazırlayır, büdcələşdirmə və maliyyə təhlili üzrə 3-4 il təcrübəsi var.

Financial ReportingBudgetingFinancial AnalysisIFRS+17
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
IRES
Senior · 3–5 ilBakı
Maaş göstərilməyib

Maliyyə hesabatlarını hazırlayan və 3-5 il təcrübəsi olan baş mühasib axtarılır.

AccountingFinancial ReportingStatistical ReportingBudgeting+10
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Alltegrity Group
Senior · 2–3 ilBakı
Maaş göstərilməyib

Maliyyə hesabatlarının hazırlanması və təhlili ilə məşğul olur, yüksək analitik bacarıq tələb olunur.

Financial ReportingBudgetingForecastingFinancial Analysis+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Maliyyə menecmenti üzrə baş mütəxəssis
Müraciət et