Xarici bazardan gələn turistlərin satışını təşkil edir və B2B əlaqələri idarə edir.
Vakansiya haqqında
Clover Leaders Academy MMC — insan resurslarının idarə edilməsi sahəsində bilik və təcrübəsini paylaşaraq yeni nəsil HR mütəxəssislərinin inkişafına töhfə vermək istəyən təlimçiləri komandamıza dəvət edir.
Vəzifə öhdəlikləri:
- İnsan resurslarının idarə edilməsi üzrə təlim proqramlarının hazırlanması və tədris edilməsi;
- Tədris materiallarının hazırlanması və mütəmadi yenilənməsi;
- Əmək qanunvericiliyi və HR prosesləri üzrə nəzəri və praktiki biliklərin öyrədilməsi;
- ƏMAS, Əmək Müqaviləsi Bildirişi, İSB, e-Taxes və digər HR alətləri üzrə praktiki təlimlərin keçirilməsi;
- İşə qəbul və seçim prosesləri, vakansiyanın hazırlanması, CV-lərin qiymətləndirilməsi və müsahibə mərhələləri üzrə praktiki biliklərin öyrədilməsi;
- Əmək müqavilələri, məzuniyyətlər, əmrlər, ştat və tabel üzrə kadr inzibatçılığı proseslərinin izah edilməsi;
- Praktiki tapşırıqlar, real iş situasiyalarına uyğun nümunələr və case-lərin hazırlanması;
- Təlim iştirakçılarının bilik və bacarıqlarının qiymətləndirilməsi;
- Təlim iştirakçılarının suallarının cavablandırılması və tədris prosesində onlara dəstək göstərilməsi;
- Əmək qanunvericiliyində və HR sahəsində baş verən yeniliklərin izlənilməsi və tədris materiallarında nəzərə alınması.
Namizədə tələblər:
- İnsan resursları və ya əlaqəli sahə üzrə ali təhsil;
- HR və kadr inzibatçılığı sahəsində praktiki iş təcrübəsi;
- Əmək qanunvericiliyi və əsas HR prosesləri üzrə yaxşı bilik;
- ƏMAS, İSB, e-Taxes və digər HR sistemləri ilə işləmə bacarığı;
- Təlim keçmək və mürəkkəb mövzuları aydın və anlaşıqlı şəkildə izah etmək bacarığı;
- Güclü kommunikasiya və təqdimat bacarıqları;
- Məsuliyyətli və sistemli iş prinsipi;
- Komandada işləmək bacarığı;
- MS Office proqramları, xüsusilə Word və Excel üzrə yaxşı bilik;
- HR üzrə təlimçi kimi əvvəlki iş təcrübəsinin olması üstünlükdür.
İş qrafiki: Razılaşma əsasında
Əməkhaqqı: Faiz sistemi əsasında müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı e-mailin mövzu hissəsində “HR təlimçi” qeyd olunması xahiş olunur.
Əlaqə nömrəsi: 051 932 75 25
Şirkət haqqında
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Korporativ müştərilərə məhsulların satışını təşkil edir və 3-5 il B2B satış təcrübəsi tələb olunur.
Filialın inzibati işlərini idarə edir və ən azı 3 il təcrübə tələb olunur.
Korporativ müştərilərlə satış prosesini idarə edir və minimum 3 il B2B satış təcrübəsi tələb olunur.




