Müştəri bazası formalaşdırır, texniki məhsulu izah edir və B2B satışda 2 il təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Amazon Travel Azərbaycanın aparıcı korporativ və fərdi turizm şirkətlərindən biridir. Şirkətimiz aviabiletlər, hotellər, biznes səfərləri, viza dəstəyi, transfer, MICE, tədbirlər və digər turizm xidmətləri üzrə fəaliyyət göstərir. Amazon Travel IATA üzvüdür və 500-dən çox korporativ müştəri ilə əməkdaşlıq edir.
Hazırda komandamıza yeni korporativ müştərilər cəlb edəcək və satış prosesini peşəkar şəkildə idarə edəcək Corporate Sales Manager axtarırıq.
Əsas vəzifələr:
- Yeni SME və korporativ şirkətlərin araşdırılması və potensial müştəri bazasının formalaşdırılması;
- Şirkət rəhbərləri, HR, Procurement, Administrative və digər qərarverici şəxslərlə əlaqələrin qurulması;
- Görüşlərin təşkili və Amazon Travel xidmətlərinin təqdim edilməsi;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Yeni korporativ müştərilərlə müqavilələrin bağlanması;
- Mövcud korporativ müştərilərlə münasibətlərin inkişaf etdirilməsi;
- Satış planı və KPI-ların icrası;
- CRM sistemində məlumatların düzgün qeyd olunması;
- Satış pipeline-ın və nəticələrin müntəzəm hesabatının hazırlanması.
Tələblər:
- B2B və ya korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi;
- Korporativ müştərilərlə danışıqlar və müqavilə bağlama təcrübəsi;
- Güclü təqdimat və ünsiyyət bacarıqları;
- Azərbaycan dili mükəmməl, rus və ya ingilis dili bilikləri üstünlükdür;
- MS Office və CRM sistemləri ilə işləmək bacarığı;
- Nəticəyönümlü, təşəbbüskar və yüksək məsuliyyətli olmaq.
Üstünlük veriləcək namizədlər:
- Turizm, aviasiya, hotelçilik və ya xidmət sektorunda B2B satış təcrübəsi olanlar;
- Öz korporativ əlaqə bazasına malik şəxslər;
- Aktiv satış və biznes inkişafı təcrübəsi olan namizədlər.
Biz təklif edirik:
- Rəqabət qabiliyyətli əməkhaqqı;
- KPI və satış nəticələrinə əsaslanan bonus sistemi;
- Peşəkar və dinamik iş mühit
- Karyera inkişafı imkanları;
- Azərbaycanın aparıcı korporativ turizm şirkətlərindən birində çalışma imkanı.
Maraqlanan namizədlər CV-lərini hr@amazontravel.az adresinə göndərə və mövzu hissəsində “Corporate Sales Manager” qeyd edə bilərlər.
Şirkət haqqında
Güvənli və rahat! | Amazon Travel is one of the most trusted company in Azerbaijan. The company founded in 2018 but rapidly growing for be leader company in tourism. We are organise unique tours abroad and domestic for your choice.
AMAZON Travel — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Xarici bazardan gələn turistlərin satışını təşkil edir və B2B əlaqələri idarə edir.
Korporativ müştərilərə məhsulların satışını təşkil edir və 3-5 il B2B satış təcrübəsi tələb olunur.
Biznes sahibləri ilə əlaqə qurur, proqram həllərini təqdim edir və satış aparır.




