Vakansiya haqqında

GL ASC – ŞƏKİ ŞƏHƏRİ ÜZRƏ ƏMƏKHAQQLI TƏCRÜBƏ PROQRAMI ELAN EDİR!

Karyeranızı maliyyə sektorunda qurmaq və bu sahədə bilik və bacarıqlarınızı inkişaf etdirmək istəyirsiniz? O zaman bu fürsət sizin üçündür!

GL ASC-nin Şəki şəhərində yerləşən filialı gəncləri əməkhaqqılı təcrübə proqramına dəvət edir!

Proqram çərçivəsində nəzəri və praktiki biliklər əldə edəcək, peşəkar təlimçilərdən satış bacarıqlarını öyrənəcək və real iş mühitində təcrübə qazanacaqsınız.

Qeyd: Təcrübə proqramı 3 ay müddətində davam edəcək. Proqramı uğurla başa vuran namizədlər tam ştatlı əməkdaş kimi işə qəbul olunacaqlar və əməkhaqqı ilə yanaşı bonus əldə edəcəklər.

Vəzifə öhdəlikləri:

  • Təlimlərdə aktiv iştirak etmək;

  • Təlim müddətində əldə olunan bilikləri mənimsəmək və praktikada tətbiq etmək;

  • Təlimçi və mentorlarla qarşılıqlı əməkdaşlıq etmək;

  • Satış üzrə nəzəri və praktiki bacarıqları inkişaf etdirmək.

Namizədə dair tələblər:

  • 18–30 yaş aralığında olmaq;

  • Ali və ya orta ixtisas təhsili üzrə sonuncu kurs tələbəsi olmaq və ya müvafiq təhsili bitirmiş olmaq;

  • Karyerasını maliyyə sektorunda qurmaq istəyi;

  • Öyrənməyə və inkişaf etməyə açıq olmaq;

  • Hədəflərlə işləmək bacarığı;

  • Yaxşı ünsiyyət və təqdimetmə bacarığı;

  • Komanda ilə işləmək bacarığı.

İş qrafiki:

  • Part-time (yarımştat);

  • Full-time (tam ştat).

Sizə nə təklif edirik?

  • Peşəkar təlimçilərdən müasir satış metodlarını öyrənmək imkanı;

  • Şəki şəhərindəki filialımızda təcrübə keçmək imkanı;

  • Maliyyə və kreditləşmə sahəsində ilkin biliklərin əldə edilməsi;

  • Lombard məhsulları və xidmətləri haqqında ətraflı məlumat;

  • Təcrübə müddətində əməkhaqqı və bonus;

  • Proqramı uğurla tamamladıqdan sonra daimi iş imkanı.

3 ay ərzində öyrən, təcrübə qazan və karyerana Şəkidə bizimlə başla!

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Şəki
Təcrübə
Junior
Məşğulluq
Yarım ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 noyabr 2026
Son tarix
19 dekabr 2026
HRX ilə müraciət
1
Baxış
484

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Mikro kredit mütəxəssisi üzrə bazar adətən 700–1 500 ₼ ödəyir, median — 950 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

52 açıq vakansiya, 14 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Mikro kredit mütəxəssisi kimi öz maaşını yoxla

Şirkət haqqında

GL ASC
Financial Services · 1,001-5,000 · Bakı
GL ASC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Şəki şəhərində yerləşən filialdır.

İş qrafiki part-time və ya full-time ola bilər.

Təcrübə proqramı 3 ay davam edir.

Bəli, təcrübə müddətində əməkhaqqı və bonus verilir.

Proqramı uğurla başa vuranlar tam ştatlı işə qəbul olunacaqlar.

Namizəd 18–30 yaş aralığında olmalıdır.

Ali və ya orta ixtisas təhsili üzrə sonuncu kurs tələbəsi və ya məzun olmalıdır.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Mikro kredit mütəxəssisi üzrə Şəkidə digər açıq elanlar.

Merkuri BOKT
Mütəxəssis · 1+ ilŞəki
Maaş göstərilməyib

Kredit və lizinq məhsullarını satmaq və müştəri müraciətlərini təhlil etmək üçün kredit mütəxəssisi.

Credit AnalysisLeasing product knowledgeCustomer CommunicationCredit Monitoring+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Kredit mütəxəssisi təcrübə proqramı
Müraciət et