Mikro biznes kreditləri üzrə müraciətləri qəbul edir və kredit təhlili aparır, kredit bilikləri tələb olunur.
Vakansiya haqqında
AFB Bank 4 şəhərdə yeni işçilər axtarır – Vakansiyalar elan edilib
AFB Bank fəaliyyətinin genişləndirilməsi və Transformasiya Strategiyasının icrası çərçivəsində yeni iş yerləri üçün vakansiyalar elan edib. Bank Bakı, Gəncə, Qəbələ və Sumqayıt şəhərlərində mikro və aqro kreditləşmə istiqamətində komandasını böyütməyi planlaşdırır.
Yeni vakansiyalar bankın xidmət şəbəkəsinin və müştəri bazasının genişləndirilməsi, eləcə də biznes və pərakəndə bankçılıq istiqamətlərinin inkişaf etdirilməsi məqsədilə açılıb.
Bank üç vəzifə üzrə işçi axtarır
AFB Bank hazırda aşağıdakı vəzifələr üzrə namizədlərin müraciətlərini qəbul edir:
Mikro kreditlər üzrə mütəxəssis;
Mikro kreditlər üzrə aparıcı mütəxəssis;
Mikro kreditlər üzrə baş mütəxəssis.
Vakansiyalar Bakı, Gəncə, Qəbələ və Sumqayıt şəhərlərini əhatə edir.
Yeni işə qəbullar bankın inkişaf strategiyasının bir hissəsidir
Bankın məlumatına görə, yeni vakansiyaların açılması Transformasiya Strategiyası çərçivəsində həyata keçirilən inkişaf prosesinin növbəti mərhələsidir.
Strategiya çərçivəsində AFB Bank xidmət şəbəkəsini və müştəri bazasını genişləndirməyi, biznes və pərakəndə istiqamətlər üzrə məhsul və xidmətlərini inkişaf etdirməyi, həmçinin müştərilərə daha çevik və əlçatan bankçılıq xidmətləri təqdim etməyi hədəfləyir.
Bank insan kapitalının gücləndirilməsini də əsas prioritetlərindən biri hesab edir. Bu məqsədlə peşəkar inkişafda maraqlı, müştəriyönümlü və bankın böyüyən biznes fəaliyyətinin tələblərinə cavab verə biləcək əməkdaşların işə cəlb olunması nəzərdə tutulur.
AFB Bank-da işə necə müraciət etmək olar?
Vakansiyalara müraciət etmək istəyən namizədlər iş şərtləri və tələblərlə bankın karyera portalında tanış ola bilərlər.
E-poçtun mövzu hissəsində müraciət edilən vəzifəyə uyğun olaraq “Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” qeyd edilməlidir.
Əlavə məlumat üçün bankın 1545 Məlumat Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.
AFB Bank haqqında
AFB Bank fiziki şəxslərə, sahibkarlara və korporativ müştərilərə pərakəndə və biznes bankçılıq xidmətləri, həmçinin rəqəmsal maliyyə həlləri təqdim edir.
Bank fəaliyyətində müştərilərin gündəlik maliyyə ehtiyaclarının qarşılanmasına və uzunmüddətli planlarının dəstəklənməsinə üstünlük verdiyini bildirir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mikro kredit mütəxəssisi üzrə bazar adətən 400–1 200 ₼ ödəyir, median — 800 ₼.
55 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mikro kredit mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
2008-ci il noyabr ayında Azərbaycan Mərkəzi Bank tərəfindən lisenziya almış AFB Bank öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
Vakansiyalar Bakı, Gəncə, Qəbələ və Sumqayıt şəhərlərindədir.
Müraciətlər 11 noyabr 2026-cı il tarixinədək qəbul olunur.
Vakansiya mikro kreditləşmə sahəsindədir.
Namizədlər sənədlərini e-mail vasitəsilə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMikro kredit mütəxəssisi üzrə digər açıq elanlar.
Mikro kredit portfelini idarə edir və müştərilərin kredit sifarişlərini təhlil edir.
Müştərilərə kredit məhsulları haqqında məlumat verir və kredit risklərini təhlil edir.
Mikro və Aqro müştərilərə kredit məhsullarını izah edir və kredit portfelini idarə edir.



