Müştərilərlə işləyərək mikro kredit məhsullarını təqdim edir və portfeli idarə edir
Vakansiya haqqında
Bu rolda Salyan filialımızda yerli sahibkarların etibarlı maliyyə tərəfdaşına çevriləcək, onların bizneslərini böyütmələri üçün Birbankın üstün mikro kredit məhsullarını təqdim edəcəksən. Yeni müştərilərin cəlb olunması, portfelin keyfiyyətlə böyüdülməsi və sahibkarlara peşəkar maliyyə məsləhətlərinin verilməsi sənin əsas fəaliyyət istiqamətlərin olacaq.
Vəzifə öhdəlikləri
- Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirir;
- Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat verir;
- Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparır;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri verir;
- Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlayır;
- Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra edir;
- İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin edir;
- Görülmüş işlər üzrə hesabatlar verir.
Tələblər
- Ali təhsil;
- Sahə üzrə ən az 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan dili biliyi;
- Satış bacarığı;
- Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə;
- Sahiblənmə və məsuliyyət hissi;
- Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma.
Üstünlüklər
Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mikro kredit mütəxəssisi üzrə bazar adətən 550–1 300 ₼ ödəyir, median — 925 ₼.
56 açıq vakansiya, 16 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mikro kredit mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Salyan filialındadır.
Sahə üzrə ən az 1 il iş təcrübəsi tələb olunur.
Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMikro kredit mütəxəssisi üzrə Salyanda digər açıq elanlar.
Potensial müştəriləri cəlb edir və kreditlərin rəsmiləşdirilməsi üçün təhlil aparma bacarığı tələb olunur.
Müştərilərin cəlb edilməsi və kreditlərin verilməsi üçün sənədlərin hazırlanması üzrə iş təcrübəsi tələb olunur
Lombard kreditlərinin təhlili və idarə olunması üzrə 2 il təcrübəli mütəxəssis axtarılır




