Vakansiya haqqında

Bu təcrübəçi rolu Model Risk Management (MRM) istiqamətində model inventarının idarə edilməsi, validasiya nəticələrinin və tədbirlər planlarının icrasının izlənilməsi, risk göstəricilərinin monitorinqi və hesabatlılıq proseslərinə dəstək göstərməyi əhatə edir. Namizədlərdən Excel üzrə yaxşı bilik, bank fəaliyyəti və risklərin idarə edilməsi haqqında ümumi anlayış, analitik düşüncə, detallara diqqət və ingilis dili bacarıqları gözlənilir

İqtisadiyyat, maliyyə, risklərin idarə edilməsi, riyaziyyat, statistika və ya oxşar ixtisas üzrə ali təhsil (son kurs tələbəsi, məzun və ya magistrant)

Excel üzrə yaxşı bilik, Tableau və ya SQL bilikləri üstünlükdür

Bank fəaliyyəti, risklərin idarə edilməsi və statistik modellər haqqında ümumi anlayış

Hesabat, təqdimat və işgüzar yazışma hazırlamaq bacarığı, ingilis dili: sənədləri oxumaq və yazışma aparmaq səviyyəsində

İşi sistemli təşkil etmək bacarığı, detallara diqqət və dəqiqlik

Ünsiyyət bacarığı, təşəbbüskarlıq və məsuliyyətlilik

  • Real layihə və tapşırıqlarda iştirak edərək praktiki təcrübə qazanmaq;
  • Peşəkar mütəxəssislərdən öyrənmək və biliklərini təcrübədə tətbiq etmək;
  • Komanda işi, ünsiyyət və problem həlli bacarıqlarını inkişaf etdirmək;
  • Korporativ iş mühitini yaxından tanımaq və karyera maraqlarını müəyyənləşdirmək;
  • Gələcək karyera imkanları üçün Bir ekosisteminin istedad hovuzuna daxil olmaq.

Model inventarının aktual saxlanılmasına dəstək göstərmək, model sahibləri ilə birlikdə məlumatların yenilənməsini təmin etmək;

Validasiya tapıntılarının və tədbirlər planlarının icra vəziyyətini izləmək;

Model riski üzrə göstəricilərin (KPI, SLA, risk iştahası) monitorinqinə və hesabatlılığına dəstək göstərmək;

MRM Komissiyasının materiallarının və protokollarının hazırlanmasında iştirak etmək;

Daxili normativ sənədlərin (siyasət, metodologiya, prosedur) yenilənməsində və digər struktur bölmələrin sənədlərinə rəylərin hazırlanmasında iştirak etmək;

Kənar şirkətlər tərəfindən aparılan validasiya layihələrinin qrafikini və təhvil verilən nəticələrini izləmək;

Modellərlə bağlı risklər üzrə nəzarət (assurance) işlərinə dəstək göstərmək;

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Təcrübə proqramı
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 oktyabr 2026
Dillər
English
Son tarix
16 noyabr 2026
Baxış
51

Şirkət haqqında

Kapital Bank
Banking · 5,001–10,000 employees · Baku
Kapital Bank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

İqtisadiyyat, maliyyə, risklərin idarə edilməsi, riyaziyyat, statistika və ya oxşar ixtisas üzrə ali təhsil tələb olunur.

Excel üzrə yaxşı bilik, Tableau və ya SQL bilikləri üstünlükdür.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Model validasiyası mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Model risklərinin idarə edilməsi üzrə təcrübəçi
Müraciət et