Vakansiya haqqında

Namizədə tələblər:

  • Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə ali təhsil;
  • Mühasibat uçotu sahəsində minimum 2 il iş təcrübəsi;
  • Müəssisənin mühasibat uçotunu müstəqil şəkildə tam aparmaq bacarığı;
  • ƏDV, ÖMV, Vahid Muzdlu, Mənfəət vergisi və digər zəruri vergi və statistik hesabatların hazırlanması, yoxlanılması və müvafiq dövlət portalları vasitəsilə müstəqil şəkildə təqdim edilməsi;
  • E-taxes.gov.az və digər aidiyyəti elektron dövlət portallarından sərbəst istifadə etmək bacarığı;
  • Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyi üzrə yaxşı praktiki biliklər;
  • 1C 8.2 proqramında sərbəst işləmək bacarığı;
  • Bank əməliyyatlarının uçotu və bank hesabları üzrə əməliyyatların aparılması;
  • Debitor və kreditor borclarının uçotu və hesablaşmaların aparılması;
  • Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi və digər əməkhaqqı hesablamaları üzrə praktiki biliklər;
  • E-qaimə-faktura, hesab-faktura, təhvil-təslim aktı və digər ilkin mühasibat sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
  • Vergi, DSMF və digər dövlət orqanları ilə bağlı hesabatların və elektron müraciətlərin vaxtında və düzgün şəkildə həyata keçirilməsi;
  • Sənədləşdirmə və işgüzar yazışma bacarığı;
  • Müştərilərlə peşəkar və nəzakətli ünsiyyət qurmaq, müraciət və sorğularını səbirli şəkildə dinləmək, düzgün yönləndirmək və yaranan məsələlərin həllində operativ dəstək göstərmək bacarığı;
  • Komandada işləmək və verilmiş tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Şirkətlərin gündəlik mühasibat uçotunun tam və düzgün aparılması;
  • Bank, kassa, debitor və kreditor əməliyyatlarının uçota alınması;
  • İlkin mühasibat sənədlərinin hazırlanması və sistemə işlənilməsi;
  • E-qaimə-fakturaların, hesab-fakturaların, təhvil-təslim aktlarının və digər mühasibat sənədlərinin hazırlanması və göndərilməsi;
  • Əməkhaqqı və digər ödənişlərin hesablanması;
  • ƏDV, ÖMV, Vahid Muzdlu, Mənfəət vergisi və digər müvafiq hesabatların hazırlanması, yoxlanılması və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müstəqil şəkildə təqdim edilməsi;
  • Vergi, DSMF və digər dövlət orqanlarından daxil olan məktub və bildirişlərin izlənilməsi, cavablandırılması və zəruri tədbirlərin görülməsi;
  • Mühasibat və vergi uçotu üzrə məlumatların düzgünlüyünün yoxlanılması;
  • Mühasibat uçotu üzrə məlumat bazalarının formalaşdırılması, aparılması və məlumatların düzgün şəkildə saxlanılmasının təmin edilməsi;
  • Müştərilərlə gündəlik iş üzrə peşəkar ünsiyyətin qurulması, onların mühasibatlıq və vergi məsələləri ilə bağlı sorğularının cavablandırılması və zəruri məlumatların təqdim edilməsi;
  • Rəhbərliyə tələb olunan maliyyə və mühasibat hesabatlarının hazırlanaraq təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqların icrası.

Üstünlük veriləcəkdir:

  • Konsaltinq sahəsində iş təcrübəsi olan namizədlərə;
  • Bir neçə şirkətin mühasibatlığını paralel şəkildə aparmış namizədlərə;
  • Vergi yoxlamaları, kameral məktublar və digər vergi orqanları ilə yazışmalar üzrə praktiki təcrübəsi olan namizədlərə.
  • Xarici dil biliyi olan namizədlərə.

İş şəraiti:

  • Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir;
  • İş rejimi: 5 günlük iş həftəsi; iş saatları 09:00–18:00 və ya 08:00–17:00 (razılaşma əsasında);
  • İş yeri: Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza.
  • Əmək haqqı (net): 1000–1300 AZN

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu (Subject) hissəsində “Aparıcı mühasib” qeyd etməklə göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Cəfər Cabbarlı kücəsi 44, Caspian Plaza
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000–1 300 ₼
Yerləşdirilib
23 sentyabr 2026
Son tarix
23 oktyabr 2026
HRX ilə müraciət
2
Baxış
240

Maaş bazarla müqayisədə

Mühasib üzrə bazar adətən 650–1 150 ₼ ödəyir, median — 800 ₼.

bu vakansiya · 1 000–1 300 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

137 açıq vakansiya, 185 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Mühasib kimi öz maaşını yoxla

Şirkət haqqında

Samadov Law & Audit
Peşəkar, elmi və texniki fəaliyyətlər, Hüquq xidmətləri, Mühasibat və audit xidmətləri · Baku
Samadov Law & Audit — bütün vakansiyalar

Şirkət bu gün Azərbaycan bazarında beynəlxalq və yerli müştərilərə korporativ sektorda Audit, Hüquq, Maliyyə və Mühasibatlıq, Vergi Konsultasiyası, Kadr Kargüzarlığı və İnsan Resurslarının İdarəedilməsi sahələrində təklif etdiyi kompleks…

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza-da yerləşir.

İş rejimi 5 günlük iş həftəsi, saat 09:00–18:00 və ya 08:00–17:00 (razılaşma əsasında) təşkil olunur.

Əmək haqqı 1000–1300 AZN (net) aralığındadır.

Mühasibat uçotu sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.

Namizəd CV-ni mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməklə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Mühasib üzrə Bakıda digər açıq elanlar.

Kəhriz su
MiddleBakı
1 000–1 200₼

Mühasibat uçotu və maliyyə hesabatlarının hazırlanmasını həyata keçirir, mühasibatlıq bilikləri tələb olunur.

AccountingFinancial ReportingInventory ManagementCost Accounting+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Main Steel MMC
Middle · 2–3 ilBakı
Maaş göstərilməyib

Mühasibat uçotunu aparır, maliyyə qanunvericiliyini bilir və ən az 2 il təcrübəsi var.

AccountingFinancial ReportingTeamworkPayroll Calculation+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Kristal
Middle · 2+ ilBakı
1 000–1 200₼

Mühasibat uçotunu aparır və 1C proqramında əməliyyatları vaxtında yerinə yetirir, mühasibatlıq biliyi tələb olunur.

Accounting1C 8.3TeamworkMicrosoft Office
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Ecomag LTD
Middle · 3+ ilBakı
800–1 000₼

Rəsmi hesabatların hazırlanması və vergi bəyannamələrinin göndərilməsi üzrə mühasib axtarılır.

Financial ReportingCompliance ManagementTax DeclarationAccounts Receivable Management+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
1 000–1 300 ₼
Aparıcı mühasib
Müraciət et