Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
23 iyul 2026
Son tarix
23 avqust 2026

Vakansiya haqqında

Ünvan: Bəşir Bünyadov 12

İş şərtləri:

  • İş rejimi: 5 günlük iş qrafiki (09:00–18:00)
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Vəzifə öhdəlikləri:

  • Kreditor borclarının uçotunun aparılması və gündəlik izlənməsi
  • Tədarükçülərlə hesablaşmaların düzgün və vaxtında icrasının təmin edilməsi
  • Kreditorlar üzrə xərclərin uçotu, təsnifatı və düzgün hesablanmasının təmin edilməsi
  • Xərclərin müqavilə və sifarişlərə uyğunluğunun yoxlanılması
  • Hesab-fakturaların və ödəniş sənədlərinin yoxlanılması və sistemə işlənməsi
  • Kreditor qalıqlarının uyğunluq aktları ilə uzlaşdırılması
  • Kreditorlar üzrə aylıq xərclər və borclarla bağlı hesabatların hazırlanması
  • Aylıq və rüblük maliyyə hesabatlarının hazırlanmasında iştirak
  • Mühasibatlıqla bağlı daxili prosedur və qaydalara riayət olunması

Tələblər:

  • Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya əlaqədar sahələr)
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Mühasibatlıq proqramları və Excel üzrə yaxşı biliklər
  • Dəqiqlik, analitik düşüncə, məsuliyyət və vaxtında icra bacarığı

CV-lərinizi mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Şirkət haqqında

Agro-West DC MMC
Wholesale · Baku

2000-ci illərdən etibarən ölkəmizdə iqtisadi və siyasi sabitliyin möhkəmlənməsi, qeyri-neft sektorunun sürətli inkişafı, eləcə də investisiya və özəl biznes mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşması yeni və perspektivli şirkətlərin yaranmasına əlverişli zəmin yaratmışdır. Məhz bu inkişaf mühitinin nəticəsi olaraq 2014-cü ildə təsis edilmiş “Aqro-Vest DC” MMC qısa müddət ərzində dinamik inkişaf yolu keçərək ölkənin aparıcı distribusiya şirkətlərindən birinə çevrilmişdir. Fəaliyyətə başladığı ilk illərdən etibarən şirkət strateji yanaşma, peşəkar idarəetmə və bazar tələblərinə çevik uyğunlaşma prinsiplərini əsas götürərək sürətli böyümə nümayiş etdirmişdir. Bu gün “Aqro-Vest DC” MMC yalnız inkişaf tempinə görə deyil, həm də xidmət keyfiyyəti və etibarlılığı ilə seçilən şirkətlər sırasındadır. Şirkətin əsas fəaliyyət istiqaməti dünyanın müxtəlif ölkələrindən idxal olunan, eləcə də yerli istehsala aid gündəlik tələbat məhsullarının effektiv və genişmiqyaslı distribusiyasının həyata keçirilməsidir. Müasir logistika həlləri, güclü tərəfdaş şəbəkəsi və müştəri yönümlü yanaşma sayəsində “Aqro-Vest DC” MMC bazarda dayanıqlı mövqeyini daha da möhkəmləndirməkdə davam edir. Bu gün şirkət sürətlə inkişaf edən biznes strukturu kimi, həm yerli, həm də beynəlxalq tərəfdaşlıqlarını genişləndirərək, ölkə iqtisadiyyatına töhfə verməyi və müştərilərinə yüksək keyfiyyətli xidmət təqdim etməyi qarşısına əsas məqsəd qoyur.

Agro-West DC MMC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksidünən
Financial Reporting1CAnalytical skills
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Mühasib
Müraciət et