Financial AnalysisTeamworkReport Preparation
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 iyul 2026
Dillər
Azerbaijani, English
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Ümumi məlumat
Birbankın Korporativ Kreditlərin Təhlili şöbəsinin komandamıza qoşulmaq üçün analitik düşünmə bacarığına sahib, detallara diqqətli və davamlı inkişafı hədəfləyən əməkdaş axtarırıq. İdeal namizəd müştərilərin kredit və digər müvafiq müraciətlərini qiymətləndirəcək və şirkətin siyasət və qaydalarına uyğunluğunu təmin edərək ödəmə qabiliyyətini müəyyən edəcək.
Öhdəliklər
Birbankın Korporativ Kreditlərin Təhlili şöbəsinin komandamıza qoşulmaq üçün analitik düşünmə bacarığına sahib, detallara diqqətli və davamlı inkişafı hədəfləyən əməkdaş axtarırıq. İdeal namizəd müştərilərin kredit və digər müvafiq müraciətlərini qiymətləndirəcək və şirkətin siyasət və qaydalarına uyğunluğunu təmin edərək ödəmə qabiliyyətini müəyyən edəcək.
Öhdəliklər
- Kredit və sənədli əməliyyat məhsulları üzrə daxil olan müştəri müraciətlərinin ilkin nəzərdən keçirilməsi;
- Borcalanın maliyyə vəziyyətinin qiymətləndirilməsi üçün tələb olunan sənəd və məlumatların toplanması;
- Müştəridən daxil olan maliyyə və qeyri-maliyyə məlumatlarının müəyyən edilmiş standartlara uyğun sistemləşdirilməsi və emal edilməsi;
- Maliyyə hesabatlarının, vergi bəyannamələrinin, bank hesabı dövriyyələrinin və digər sənədlərin yoxlanılması;
- Balans, Mənfəət və Zərər və Pul vəsaitlərinin hərəkəti hesabatları üzrə əsas göstəricilərin hesablanması;
- Müştərinin maliyyə vəziyyəti, kredit tarixçəsi, mövcud öhdəlikləri və fəaliyyət sahəsi üzrə araşdırmanın aparılması;
- Maliyyə məlumatlarında aşkar edilən uyğunsuzluqların və əlavə araşdırma tələb edən məsələlərin məsul əməkdaşa təqdim edilməsi;
- Kredit rəylərinin, maliyyə təhlili cədvəllərinin və komitə materiallarının hazırlanmasında iştirak edilməsi;
- Bankın daxili qayda və prosedurlarına, məxfilik prinsiplərinə və aidiyyəti normativ tələblərə riayət edilməsi.
- Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya bank işi üzrə ali təhsil;
- Maliyyə hesabatlarının əsasları üzrə biliklər;
- Balans, Mənfəət və Zərər və Pul vəsaitlərinin hərəkəti hesabatları barədə ümumi anlayış;
- ACCA, xüsusilə FA/F3 və FR/F7 istiqamətində təhsil və ya sertifikatların olması arzuolunandır;
- Araşdırma aparmaq və məlumatları təhlil etmək bacarığı;
- Analitik və məntiqi düşünmə qabiliyyəti;
- Rəqəmlərlə işləmək və məlumatlarda uyğunsuzluqları müəyyən etmək bacarığı;
- Komandada işləmək və effektiv kommunikasiya qurmaq qabiliyyəti;
- Microsoft Office proqramlarında, xüsusilə Word, Excel və PowerPoint-də işləmək bacarığı;
- Hesabat və təqdimatların hazırlanması üzrə baza bacarıqları;
- Azərbaycan dilində sərbəst, ingilis dilində maliyyə sənədlərini oxuya biləcək səviyyədə bilik;
- Kredit, maliyyə, audit, mühasibatlıq və ya əlaqəli sahə üzrə minimum 2 il iş təcrübəsi.
Şirkət haqqında
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Credit AnalysisFinancial ReportingFinancial Analysis
Corporate SalesClient Relationship ManagementMarket Research
Bloomberg TerminalFinancial AnalysisInvestment Products




