İstehsal müəssisələrinin gündəlik mühasibat uçotunu aparır və 1C proqramında işləməyi bacarır.
Vakansiya haqqında
Əsas vəzifələr
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir.
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini,
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların hərəkətinə və inventarizasiyasının aparılmasına nəzarət edir.
- Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət edir.
- Uçot sənədlərinin yoxlanılmasını, Bank əməliyyatlarının və təhtəlhesab şəxslərlə hesablaşmaların aparılmasını, ƏDV, Sadələşdirilmiş vergi, Muzdlu, ÖMV, Mənfəət vergisi bəyannamələrinin hazırlanması və vaxtında göndərilməsi, E-Qaimə Fakturaların tərtib olunması və göndərilməsi,
- Müəssisəyə məxsus mal-materialların uçotunu aparmaq və faktiki maya dəyərini hesablamaq;
- Mühasibat uçotu və daxili prosedurlara uyğun hesabatların hazırlanması;
Tələblər
- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali və ya orta ixtisas təhsili;
- Bu sahədə minimum 2 il iş təcrübəsi (Qida sahəsində təcrübəyə üstünlük verilir);
- 1C(İstehsalatın idarə edilməsi) və MS Excel proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşünmə, məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mühasib üzrə bazar adətən 650–1 150 ₼ ödəyir, median — 800 ₼.
125 açıq vakansiya, 183 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Minimum 2 il iş təcrübəsi tələb olunur.
1C və MS Excel proqramlarında sərbəst işləmək bacarığı tələb olunur.
Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali və ya orta ixtisas təhsili tələb olunur.
Müraciət e-mail vasitəsilə edilir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Bakıda digər açıq elanlar.
Maliyyə hesabatlarını hazırlayan və 1C proqramında işləməyi bacaran Junior mühasib.
Ölkə daxili və xarici ödənişləri həyata keçirir, mühasibatlıq üzrə minimum 6 ay təcrübəsi olmalıdır.
Mühasib kimi maliyyə uçotu və vergi hesabatlarını aparmaq üçün 2 il təcrübə tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



