Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri:

  • Maliyyə hesabatlarını analiz edir;
  • Satışın effektivlik analizini aparır;
  • Gəlir və xərc maddələrini təhlil edir;
  • Maya dəyəri analizini aparır;
  • Debitor, Kreditor, İnventar və başqa balans hesab maddələrinin analizlərini aparır;
  • Fakt və büdcə üzləşmələrini aparır.

Tələb olunan bilik və bacarıqlar:

  • ACCA üzrə FA sertifikatı mütləqdir, MA olması üstünlükdür;
  • ERP proqramlarda işləmə bacarığı;
  • Excel bilikləri yaxşı səviyyədə.
  • İngilis və ya rus dili biliyinin olması üstünlükdür.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Təhsil: Ali təhsil: Maliyyə, mühasibatlıq sahəsində
  • İş təcrübəsi: Maliyyə,Hesabatlılıq və ya Maliyyə analizi istiqamətləri üzrə minimum 1 il iş təcrübəsi;(istehsal mühasibi təcrübəsi üstünlükdür)

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Aşıq Molla Cümə küç.,46C

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Nahar təminatı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 avqust 2026
Son tarix
10 sentyabr 2026

Şirkət haqqında

Avrora
Topdansatış və distribusiya, Topdansatış və pərakəndə ticarət · Baku

“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.

Avrora — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Avrora
Middle · 4+ il
Maaş göstərilməyib

Şirkətin maliyyə hesabatlarını hazırlayır və 4 il təcrübə tələb olunur.

Cash Flow ManagementFinancial ReportingCost AnalysisFinancial Analysis+6
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Mühasib
Müraciət et