Müştərilərə vergi uyğunluğu xidmətləri göstərmək və mühasibatlıq üzrə bilik tələb olunur.
Vakansiya haqqında
İnkişaf edən zərgərlik şirkətimizə məsuliyyətli və peşəkar Mühasib axtarırıq.
Vəzifə öhdəlikləri:
- Müəssisənin mühasibat və vergi uçotunun aparılması;
- Vergi, statistika və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi;
- Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması;
- İşçilərin işə qəbulu, işdən azad edilməsi və ƏMAS (Əmək Müqavilələrinin Elektron Aktivləşdirmə Sistemi) üzrə əməliyyatların aparılması, müvafiq əmrlərin (əmirlərin) rəsmiləşdirilməsi;
- Vergi və digər məcburi ödənişlərin düzgün hesablanması və vaxtında ödənilməsinin icrası və nəzarət;
- İlkin mühasibat sənədlərinin (hesab-faktura, akt, qaimə, müqavilə və s.) düzgünlüyünün yoxlanılması və icra edilməsi;
- Bank əməliyyatlarının aparılması və pul vəsaitlərinin hərəkətinə nəzarət;
- Təchizatçılar, müştərilər və podratçılarla hesablaşmaların uçotu və üzləşmələrin aparılması;
- Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və şirkət xərclərinin uçotunun aparılması;
- 1C proqramında əməliyyatların düzgün əks etdirilməsi və nəzarət (mühasibat uçotu ilə yanaşı, 1C proqram paketinin satış və ticarət idarəetməsi modulu üzrə malların anbar uçotu, satışı, qalıqlarının izlənilməsi və işlənməsi daxil olmaqla);
- İnventarizasiya prosesində iştirak və nəticələrin uçotda əks etdirilməsi;
- Rəhbərlik üçün maliyyə hesabatlarının hazırlanması;
- Vergi orqanları, banklar və auditorlarla əməkdaşlıq;
- Mühasibat və vergi qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət;
- Zərgərlik məmulatlarının, qiymətli metalların və anbar qalıqlarının uçotuna nəzarət;
- İstehsal, təmir, satış və zərgərlik məmulatlarının hərəkəti ilə bağlı sənədlərin düzgün rəsmiləşdirilməsinin təmin edilməsi və buna nəzarət;
- Vəzifə üzrə digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Mühasibat uçotu sahəsində ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- 1C proqramını sərbəst səviyyədə bilmək;
- Vergi və əmək qanunvericiliyini yaxşı bilmək;
- Analitik düşüncə, məsuliyyət və detallara diqqət;
- Zərgərlik sahəsində iş təcrübəsi üstünlükdür
- Azərbaycan dilini sərbəst bilmək, rus dili biliyi üstünlükdür.
Biz təklif edirik:
- Stabil və inkişaf edən şirkətdə iş;
- Peşəkar inkişaf imkanı;
- Rahat iş mühiti;
- Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Əlaqə
- +994 50 777 27 70
- [email protected]
Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 avqust 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
7 sentyabr 2026
Şirkət haqqında
Fancy Group MMC
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Vergi bəyannamələrini hazırlamaq və vergi uyğunluğunu təmin etmək.
1 500–2 000₼2 gün qalıb
Mühasibat uçotunu qanunvericiliyə uyğun aparır, 1C proqramında işləmək bacarığı tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
1 800–2 000₼1 gün qalıb
Mühasibat uçotunu aparır və mühasibat proqramında əməliyyatların düzgün əks etdirilməsini təmin edir.
Müraciət etAsan müraciətAsan müraciət
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 


