Mühasibat sənədlərini hazırlayır və 1C proqramını bilmək tələb olunur.
Vakansiya haqqında
AF Hotel Aqua Park Novxanı əyləncə mərkəzinin Lunapark bölməsində mühasibatlıq işlərinin aparılmasına dəstək olmaq üçün məsuliyyətli və işinə həvəsli Mühasib Köməkçisi axtarılır.
Vəzifə öhdəlikləri:
- Mühasibat sənədlərinin hazırlanması və sistemləşdirilməsinə dəstək olmaq;
- İlkin mühasibat sənədlərinin qəbulunu, yoxlanılmasını və qeydiyyatını aparmaq;
- Gündəlik maliyyə əməliyyatları üzrə məlumatların hazırlanmasına kömək etmək;
- Sənədlərin düzgün şəkildə arxivləşdirilməsini və saxlanılmasını təmin etmək;
- Mühasibatlıq üzrə digər cari işlərin icrasında mühasibə dəstək olmaq;
- Lunapark üzrə maliyyə və mühasibat məlumatlarının düzgün uçotunun aparılmasına kömək etmək.
Namizədə tələblər:
- Mühasibatlıq və ya maliyyə sahəsində təhsil üstünlükdür;
- Mühasibatlıq üzrə ilkin biliklər;
- MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı;
- Diqqətli, məsuliyyətli və intizamlı olmaq;
- Sənədlərlə işləmək və komandada çalışma bacarığı;
- Müvafiq sahədə iş təcrübəsi üstünlükdür.
İş yeri: AF Hotel Aqua Park Novxanı – Lunapark
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu: Mühasib Köməkçisi – Lunapark
Şirkət haqqında
Biz Sizə şəhərin səs küyündən uzaq,təmiz hava və füsunkar dəniz mənzərəsinə malik, nəinki Azərbaycanda, eləcə də yaxın Qafqazda özünə məxsus yeri olan, yerli və xarici turistlərin sevimli ailəvi istirahət məkanı o lan “AF Hotel & Aqua…
AF Hotel Aqua Park Complex — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Kredit ödənişlərinin uçotunu aparır və mühasibatlıq sahəsində minimum 6 ay təcrübə tələb olunur.
Mühasibat uçotunu aparır və peşəkar mühasib sertifikatına malik olmalıdır.
Məlumatların bazaya işlənməsi və sifarişlərin qəbulu üçün dəqiqlik və məsuliyyət tələb olunur




