Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 127–1 127 ₼
Yerləşdirilib
24 iyun 2026
Dillər
Azerbaijani, Russian, English

Vakansiya haqqında

Təsvir

  • İşçilərin aylıq əmək haqqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
  • Məzuniyyət haqqlarının, xəstəlik vərəqəsi üzrə müavinətlərin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənilməsi;
  • İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı məsələlərin həll edilməsi;
  • Muzdlu işlə əlaqədar vahid vergi bəyannaməsinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi;
  • E-qaimələrin, təhvil-qəbul aktlarının və hesab-fakturaların tərtib edilməsi və təqdim edilməsi;
  • Debitorlarla hesablaşmaların aparılması və ödənişlərin ödəniş cədvəlinə (payment plan) uyğun vaxtında icrasına nəzarət edilməsi;
  • Əməliyyatların 1C uçot proqramında vaxtında və dəqiq əks etdirilməsi;
  • Əmək haqqı ödənişləri və debitor borcları üzrə dövrü hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
  • Vəzifə səlahiyyətləri çərçivəsində rəhbərliyin operativ tapşırıqlarının yerinə yetirilməsi;

Tələblər

  • Ali iqtisadi / maliyyə / mühasibat təhsili (bakalavr və ya magistr)
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
  • 1C 8.3 uçot proqrami ilə işləmə bacarığı
  • MS Office proqramlarında işləmə bacarığı (Xüsusi ilə excell biliyi)
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyi və mühasibat standartları üzrə biliklər
  • Rus və İngilis dili üstünlükdür
  • ACCA sertfikatları üstünlükdür


İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.
  • Əmək haqqı: 1127 AZN (GROSS)

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Şirkət haqqında

Kontakt Home
Baku

“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir. İlbəil yerli və xarici bazarda mövqeyimizi davamlı olaraq gücləndiririk. Şəbəkəmiz Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır. Bu tərəfdaşlıq şirkətin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və etibarlı riteyl şəbəkəsi olduğunu təsdiqləyir. Şirkətin uğurunun əsasını 3000-dən çox əməkdaşdan ibarət peşəkar və dinamik komanda təşkil edir. Burada qarşılıqlı etibar, açıq ünsiyyət, komandada birgəlik və sağlam iş mühiti əsas dəyərlərimizdir. Komanda üzvlərimiz arasında performansa əsaslanan karyera yüksəlişini təmin etməyimiz isə daim qürurlandığımız cəhətimizdir. Üstəlik, əməkdaşların şəxsi və peşəkar inkişafına real yanaşma da mövcuddur. “Kontakt” komandasında çalışanlar üçün təlimlər və öyrənmə mühiti yaradılaraq hər bir əməkdaşın potensialını ortaya qoymasına şərait yaradılır. Böyük komandamıza qoşulmaq istəyənlərə “Kontakt – Sevindirir” ruhunu birgə yaşamağı vəd edirik. Komandamızı və iş həyatımızı daha ətraflı Kontakt Life-ın həm Instagram , həm də LinkedIn səhifəsində kəşf edə bilərsən.

Kontakt Home — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Olivia Beauty & CareMiddle1 127 ₼22 gün əvvəl
Financial ReportingPayroll ProcessingTax compliance
Anonim işəgötürənMiddledünən
Bank ReconciliationAccounts ReceivableAccounts Payable
Mühasibatlıq XidmətləriMiddle13 gün əvvəl
AccountingFinancial Reporting1C 8.3
Bütün oxşar vakansiyalar
1 127–1 127 ₼
Mühasib
Müraciət et