Gündəlik mühasibat sənədlərini hazırlayır və 1C proqramında işləməyi bacarır.
Vakansiya haqqında
Grinco MMC şirkətin gündəlik maliyyə və mühasibat əməliyyatlarının dəqiq, vaxtında və sistemli şəkildə icrasını təmin edəcək Mühasib-operator axtarır.
Bu vəzifə ilkin mühasibat sənədlərinin hazırlanması, elektron qaimələr, bank əməliyyatları, debitor-kreditor hesablaşmaları, mal-material hərəkətləri və daxili uçot proseslərinin aparılmasını əhatə edir.
Vəzifə öhdəlikləri
- Alış və satış əməliyyatlarının mühasibat sistemində düzgün qeydiyyatının aparılması;
- Elektron qaimələrin hazırlanması, göndərilməsi, qəbul edilməsi və statuslarının izlənilməsi;
- Hesab-faktura, təhvil-təslim aktı, müqavilə və digər ilkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması;
- Bank əməliyyatlarının aparılması, ödəniş tapşırıqlarının hazırlanması və bank çıxarışlarının sistemə işlənməsi;
- Debitor və kreditor borclarının gündəlik izlənilməsi və üzləşmələrin aparılması;
- Müştəri və təchizatçılar üzrə ödəniş və borc vəziyyətinin nəzarətdə saxlanılması;
- Anbara daxil olan və anbardan çıxan malların sənədlər üzrə uçotunun aparılması;
- Anbar, alış və satış məlumatlarının mühasibat/ERP sistemi ilə uyğunluğunun yoxlanılması;
- Müqavilə, sifariş, qaimə, akt və ödəniş sənədlərinin qarşılıqlı uyğunluğunun yoxlanılması;
- İlkin mühasibat sənədlərinin elektron və fiziki arxivinin sistemli şəkildə aparılması;
- Aylıq bağlanış üçün tələb olunan sənəd və məlumatların hazırlanması;
- Xarici mühasibat/consulting xidməti və şirkət rəhbərliyi ilə mühasibat məsələləri üzrə koordinasiyanın həyata keçirilməsi;
- Rəhbərliyə debitor-kreditor, ödənişlər, satışlar və digər əməliyyatlar üzrə tələb olunan hesabatların təqdim edilməsi;
- Şirkətdaxili maliyyə və kommersiya məlumatlarının məxfiliyinin qorunması.
Namizədə tələblər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Mühasib-operator, mühasib köməkçisi və ya oxşar vəzifədə minimum 1–2 il iş təcrübəsi;
- 1C və MS Excel proqramlarında yaxşı işləmə bacarığı;
- ERP proqramları ilə işləmə təcrübəsi üstünlükdür;
- e-taxes, e-qaimə və internet banking sistemləri ilə işləmək bacarığı;
- İlkin mühasibat uçotu və sənəd dövriyyəsi barədə yaxşı bilik;
- Debitor-kreditor hesablaşmaları və üzləşmə proseslərini bilməsi;
- Sənədlərlə işləyərkən yüksək diqqət və dəqiqlik;
- Tapşırıqları son tarixlərə uyğun və məsuliyyətlə icra etmək bacarığı;
- Analitik düşüncə, operativlik və komanda ilə işləmək bacarığı.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Xətai rayonu — Nobel Hotel-in yanı
- İş günləri: Bazar ertəsi – Cümə, həftədə 5 gün
- İş saatı: 08:30 – 17:30
- Əmək haqqı: 800–1,000 AZN NET, namizədin bilik və təcrübəsindən asılı olaraq
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Mühasib-operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Mühasib üzrə bazar adətən 650–1 150 ₼ ödəyir, median — 850 ₼.
137 açıq vakansiya, 183 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Grinco MMC, xidmət keyfiyyəti və bu keyfiyyətə paralel olaraq artım sürəti ilə hazırda 5000 -dən çox stoklu məhsulu və 1000 -dən çox müştərisi ilə ölkəmizin aparıcı iş yerinin təchizat mərkəzi olaraq fəaliyyətini davam etdirir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Xətai rayonu, Nobel Hotel-in yanındadır.
İş günləri bazar ertəsindən cüməyə, saat 08:30-dan 17:30-dəkdir.
Əmək haqqı 800–1 000 AZN NET-dir, bilik və təcrübəyə görə dəyişir.
Minimum 1–2 il mühasib-operator və ya oxşar vəzifədə iş təcrübəsi tələb olunur.
Namizəd 1C və MS Excel proqramlarında yaxşı işləməlidir, ERP proqramları üstünlükdür.
İlkin mühasibat sənədləri, elektron qaimələr, bank əməliyyatları və digər mühasibat sənədləri hazırlanmalıdır.
CV-lər e-mailin mövzu hissəsində “Mühasib-operator” qeyd edilməklə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Bakıda digər açıq elanlar.
Əmək haqqının düzgün hesablanması və ödənilməsi üzrə mühasib, 1C və MS Excel bilikləri tələb olunur.
Mühasibat uçotu sənədlərini hazırlamaq və 1C proqramında işləmək bacarığı tələb olunur
Maliyyə əməliyyatlarını idarə edir və mühasibat uçotu üzrə 2-3 il təcrübə tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





