Vakansiya haqqında

Vəzifənin xülasəsi:

  • Mühasib olaraq siz mühasibat uçotunun düzgün, tam və qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasına, gündəlik mühasibat əməliyyatlarının idarə olunmasına, maliyyə və qanunvericiliklə tələb olunan hesabatların hazırlanmasına, eləcə də audit və tənzimləyici hesabatlılıq proseslərinə dəstək göstərilməsinə cavabdeh olacaqsınız. Siz maliyyə rəhbərliyi və digər komandalarla sıx əməkdaşlıq edərək mühasibatlıq proseslərinin təkmilləşdirilməsinə və etibarlı maliyyə məlumatlarının vaxtında təqdim edilməsinə töhfə verəcəksiniz.

Əsas vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun düzgün və tam şəkildə aparılmasını təmin etmək;
  • Gündəlik maliyyə əməliyyatlarının mühasibat proqramında vaxtında əks etdirilməsinə nəzarət etmək;
  • Bank, kassa, debitor və kreditor əməliyyatlarının uçotunu aparmaq;
  • Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər ilkin sənədlərin hazırlanmasını və yoxlanılmasını təmin etmək;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər işçi ödənişlərini hesablamaq;
  • Aylıq, rüblük və illik vergi, statistika və digər dövlət hesabatlarını hazırlamaq və təqdim etmək;
  • Maliyyə hesabatlarını (Balans, Mənfəət və Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Hesabatı və s.) hazırlamaq;
  • Əsas vəsaitlərin, amortizasiyanın, ehtiyatların və digər aktivlərin uçotunu aparmaq;
  • Vergi və digər dövlət qurumlarından daxil olan sorğuların cavablandırılmasını təmin etmək;
  • Audit yoxlamaları zamanı tələb olunan sənədləri hazırlamaq və auditorlarla əməkdaşlıq etmək;
  • Baş mühasibə və maliyyə rəhbərliyinə hesabatlar təqdim etmək;
  • Mühasibatlıq proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək.

Tələb olunan bilik və bacarıqlar:

  • Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi üzrə biliklər;
  • 1C sistemləri və MS Excel proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Dövlət qurumlarında və ya dövlət iştiraklı müəssisələrdə iş təcrübəsi arzuolunandır;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;
  • PMS sertifikatı və ya IFRS üzrə biliklər üstünlük hesab olunur.

Təklif etdiyimiz üstünlüklər:

SABAH.city komandasının üzvü olaraq aşağıdakı üstünlüklərdən yararlana bilərsiniz:

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları təqdim edən əməkdaş dəstək proqramları;
  • Şirkət tərəfindən təşkil olunan sosial tədbirlər, komanda quruculuğu fəaliyyətləri və könüllülük imkanları.

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 221.

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müvafiq vakansiya başlığı ilə göndərməyinizi xahiş edirik.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Xətai rayonu, KazımaǺ Kərimov kücəsi, 221
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 sentyabr 2026
Son tarix
21 oktyabr 2026
HRX ilə müraciət
3
Baxış
21

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Mühasib üzrə bazar adətən 643–1 100 ₼ ödəyir, median — 800 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

109 açıq vakansiya, 137 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Mühasib kimi öz maaşını yoxla

Şirkət haqqında

SABAH.city
Təhsil, Təlim və peşəkar inkişaf · Baku
SABAH.city — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 221 ünvanında yerləşir.

Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi tələb olunur.

Əmək haqqı barədə məlumat verilməyib.

İş saatları və iş günləri barədə məlumat verilməyib.

CV-ni müvafiq vakansiya başlığı ilə göndərmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Mühasib üzrə Bakıda digər açıq elanlar.

AZPROM
Middle · 3–5 ilBakı
600–800₼

Satış, alış və bank əməliyyatlarının sənədləşdirilməsini və uçotunu aparmaq üçün mühasibatlıq təcrübəsi tələb olunur.

Accounting1C 8.3Invoice preparationFinancial Reporting+8
Müraciət et
Kəhriz su
MiddleBakı
1 000–1 200₼

Mühasibat uçotu və maliyyə hesabatlarının hazırlanmasını həyata keçirir, mühasibatlıq bilikləri tələb olunur.

AccountingFinancial ReportingInventory ManagementCost Accounting+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Stamp Companies
Senior · 5–10 ilBakı
800–1 200₼

Mühasibat sənədlərini hazırlayır, vergi və əmək qanunvericiliyini bilir, 5-10 il təcrübəsi var.

Financial ReportingTeamworkAccounting documentation preparationBank and cash operations+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bio Arabica
Middle · 1–3 ilBakı
800₼

Maliyyə hesabatlarını hazırlayan və 1C proqramında təcrübəsi olan mühasib axtarılır.

AccountingInventory ManagementFinancial Reporting1C accounting software+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Mühasib
Müraciət et