Vakansiya haqqında

Mühasib müəssisənin maliyyə əməliyyatlarının düzgün, vaxtında və qanunvericiliyə uyğun şəkildə uçotunun aparılmasını təmin edir. Vəzifə sahibi maliyyə sənədlərinin dəqiqliyini qoruyur və rəhbərliyin maliyyə qərarlarının qəbuluna dəstək olur. Mühasib şirkətin maliyyə intizamını qoruyur, hesabatlılığı təmin edir və mühasibat uçotunun şəffaf, dəqiq və etibarlı aparılmasına töhfə verir.

Vəzifə öhdəlikləri:

  • Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunun təşkil edilməsi;
  • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi,
  • Vergi bəyannamələri ilə işləmək;
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasının təşkil edilməsi;
  • Hesabat-uçot işlərinin müasir avtomatlaşdırma vasitələrindən istifadə edərək qurulmasında iştirak edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
  • Xərc smetaların icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsinin uçotunu aparılması;
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsinin təşkil edilməsi;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi;
  • Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edilməsi;
  • Pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak edilməsi.
  • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;

Seçim meyarları

  • Təhsil: Ali,PMS sertifikatı olması arzu olunandır
  • İş təcrübəsi: mühasibatlıq üzrə 1 il və ya PMS sertifikatı varsa təcrübə olmasada olar
  • Texniki və peşəkar biliklər: Riyazi hesablama bacarığı, ERP (1C) ilə işləmə bacarığı, MS Office ilə işləmə bacarığı, əsas vəsaitlərin uçotu
  • Yumşaq bacarıqlar və səriştələr: Komanda ilə iş, detallara diqqət, kommersiya sirrinin qorunması
  • Dil bilikləri: ingilis ,türk və rus dillərini bilməyi üstünlük təşkil edir
  • Digər tələblər / qeydlər: Maliyyə sənədlərinin dəqiqliyini qorumaq və qanunvericiliyə uyğun işləmək

Səlahiyyətlər

  • Maliyyə əməliyyatlarının düzgün və vaxtında uçotunu aparmaq
  • Hesabatlılığı təmin etmək və rəhbərliyə maliyyə qərarlarında dəstək vermək
  • Mühasibat uçotunun şəffaf, dəqiq və etibarlı aparılmasını təmin etmək

Məsuliyyətlər

  • Maliyyə sənədlərinin düzgünlüyünə görə məsul olmaq
  • Kassa və bank əməliyyatlarının düzgünlüyünü təmin etmək
  • Mühasibatlıq uçotunun qanunvericiliyə uyğun aparılmasına cavabdeh olmaq

Əlavə məlumat:

  • İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
  • İş yeri Şəmkir şəhəri

Maraqlanan şəxslər öz CV formalarını Mühasib (Şəmkir)" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV-lərin təqdim ounması ilə bağlı son tarix 07/10/2026

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Şəmkir
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 sentyabr 2026
Dillər
English, Turkish, Russian
Son tarix
22 oktyabr 2026
Baxış
31

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Mühasib üzrə bazar adətən 643–1 100 ₼ ödəyir, median — 800 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

109 açıq vakansiya, 137 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Mühasib kimi öz maaşını yoxla

Şirkət haqqında

Shamkir Agropark
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, Bitkiçilik · Baku
Shamkir Agropark — bütün vakansiyalar

“Şəmkir Aqropark” MMC Cənubi Qafqazda ilk "Aqropark" formatlı kənd təsərrüfatı layihəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 16 aprel 2014-cü il tarixli, "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və…

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş həftənin 5 günü, saat 09:00-dan 18:00-dəkdir.

İş yeri Şəmkir şəhəridir.

Mühasibatlıq üzrə minimum 1 il təcrübə tələb olunur, PMS sertifikatı varsa təcrübə tələb olunmur.

CV-lər "Mühasib (Şəmkir)" başlığı ilə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

ERP (1C) və MS Office proqramları ilə işləmə bacarığı tələb olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Mühasib üzrə Şəmkirda digər açıq elanlar.

Xirman
Junior · 1+ ilBakı
600–700₼

Gündəlik mühasibat sənədlərini hazırlayır və 1C proqramında işləməyi bacarır.

AccountingDocument preparationInvoice ProcessingBank transaction accounting+3
Müraciət et
Green Tech
Junior · 1+ ilBakı
700–1 000₼

Elektron sənədlərlə işləyir, 1C proqramını bilir və mühasibatlıq üzrə təcrübəsi var.

1C 8.3AccountingMicrosoft ExcelFinancial document management+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Kontakt Home
Junior · 1+ ilBakı
800₼

Gündəlik maliyyə əməliyyatlarını 1C/ERP sistemində işləyir və mühasibatlıq üzrə ali təhsili tələb edir.

1C ERP SystemFinancial Document ProcessingBank Payment ProcessingElectronic Invoice Processing+2
Müraciət et
500–650₼

Daxili mühasibat işlərini 1C proqramında aparır və mühasibatlıq biliklərinə malikdir.

Teamwork1C accounting softwarePayroll CalculationPersonnel Records Management+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Mühasib
Müraciət et