Vakansiya haqqında

Accounting.Az şirkəti, mühasibatlıq sahəsində gələcək peşəkar mütəxəssislərini yetişdirmək məqsədilə Mühasibat üzrə Təcrübəçi axtarır. Bu vəzifəyə seçiləcək namizədlərə təcrübə müddəti ərzində həm nəzəri, həm də praktik biliklər veriləcəkdir. Təcrübə proqramını uğurla başa vuran namizədlər şirkətimizdə davamlı işlə təmin olunacaqdır.

Bizim şirkətdə mühasibat üzrə təcrübə proqramına qoşulan hər bir şəxs, öz inkişaf yolunda addım-addım irəliləyərək, təcrübəçidən baş mütəxəssisə qədər yüksələ bilər. Bütün təlimlər şirkət tərəfindən təmin edilir və bu yolda qarşıya qoyulan məqsədlərə çatmaq üçün dəstək verilir.

Nələri öyrənəcəksiniz?

Təcrübə müddətində aşağıdakı fəaliyyətlərdə iştirak edəcəksiniz və təcrübəli mühasiblər tərəfindən öyrədiləcəksiniz:

  • Gündəlik əməliyyatların və uçot yazılışlarının mühasibat uçotu proqramına daxil edilməsi;
  • Aylıq, rüblük və illik vergi və statistik hesabatların hazırlanması;
  • Bank ödənişlərinin icra edilməsi və düzgün sənədləşdirilməsinin təmin edilməsi;
  • Vergi sistemində elektron qaimələrin hazırlanması və şirkətlərin elektron vergi kabinetlərinə nəzarət;
  • Aylıq əməkhaqqı, məzuniyyətlər və işçilərə olan digər ödənişlərin hesablanması;
  • Rəhbərlik tərəfindən verilən digər iş tapşırıqlarının yerinə yetirilməsi.

Namizədlərdən tələblər

  • Mühasibat uçotu, vergi, iqtisadiyyat və ya maliyyə sahəsində ali təhsil almış məzunlar və magistratura tələbələri;
  • İş təcrübəsi tələb olunmur;
  • Tam iş rejimində təcrübə keçməyə hazır olmaq;
  • MS Office (Xüsusilə Excel) proqramları üzrə biliklərə sahib olmaq;
  • Azərbaycan dilini yüksək səviyyədə, ingilis dilini orta səviyyədə bilmək (Rus dili arzuolunandır);
  • Mühasibat uçotu üzrə beynəlxalq sertifikat imtahanlarının ilkin mərhələlərini keçmək (ACCA, CIMA və s.) üstünlükdür;
  • Yaxşı ünsiyyət, problem həll etmə və hesabatlılıq bacarıqları;
  • Öyrənməyə və yeni biliklər əldə etməyə açıq olmaq.

Təcrübə müddətində sizə veriləcək təminatlar:

  • Ölkənin top konsaltinq şirkətlərindən birində işə qəbul imkanı;
  • Peşəkar mühasiblərlə birgə işləmə təcrübəsi;
  • Korporativ mühitdə peşəkar inkişaf imkanı;
  • Təlimlər – Təcrübəçilərin pulsuz təlimlərdə iştirak edərək mühasibat üzrə nəzəri və praktiki biliklər əldə etmək imkanı;
  • Mentor dəstəyi – Hər bir təcrübəçiyə təcrübəli mütəxəssislər tərəfindən mentorluq edilməsi imkanı;
  • İş avadanlıqları – Təcrübəçilərin iş üçün zəruri olan kompüter və texniki avadanlıqlarla təmin edilməsi imkanı;
  • İnkişaf və təkmilləşmə üçün geniş imkanlar yaradılır.

Təcrübə Poqram Strukturu:

  • Təcrübə müddəti 3 aydır (təlimlərlə əlaqəli zərurət olduqda 1 aya qədər artırıla bilər).
  • Proqram çərçivəsində təlim kursları tədris edilir və iş prosesləri öyrədilir.
  • Hər təlimin sonunda iştirakçılar imtahan verirlər.
  • Yalnız yekun qiymətləndirmədən uğurla keçən təcrübəçilər işə qəbul edilir.
  • Təcrübə proqramı ödənişsizdir.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
15 oktyabr 2026

Şirkət haqqında

Accounting.az
Peşəkar, elmi və texniki fəaliyyətlər, Mühasibat və audit xidmətləri · Baku

“Accounting.Az” şirkəti olaraq, 15 ildən artıq fəaliyyət göstərən, mühasibat uçotu, vergi, HR və audit xidmətləri sahəsində böyük təcrübəyə malik peşəkar konsaltinq şirkətiyik.

Accounting.az — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

NZA Audit MMC
JuniorBakı
Maaş göstərilməyib

Gündəlik mühasibat əməliyyatlarını və vergi hesabatlarını hazırlayır, mühasibat bilikləri tələb olunur.

AccountingFinancial ReportingTax Reporting1C accounting software+5
Müraciət etAsan müraciətAsan müraciət
BAA CONSULTİNG
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Mühasibat uçotu və vergi hesabatlarının aparılması üçün 3 il təcrübəli mühasib axtarılır

Accounting1C 8.3Tax AccountingPayment control+5
Müraciət etAsan müraciətAsan müraciət
Gilan Pivot MMC
JuniorBakı
500–600

Mühasibatlıq əməliyyatlarını aparır, 1C və MS Office proqramlarında sərbəst işləməyi bacarır.

AccountingInventory ManagementElectronic InvoicingTeamwork+6
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Mühasibat üzrə təcrübəçi
Müraciət et