Maliyyə uçotunu aparmaq və vergi öhdəliklərinə nəzarət etmək tələb olunur.
Vakansiya haqqında
Departament: Maliyyə
Tabeçilik: Maliyyə Direktoru
Vəzifə üzrə xülasə
- "Pizza Mizza" restoranlar şəbəkəsinin maliyyə komandasına təcrübəli və analitik təfəkkürə malik Müxabirləşmələr və hesabatlılıq üzrə böyük mühasib axtarılır. Bu vəzifədə siz maliyyə bağlanışı prosesinə rəhbərlik edəcək, bütün filiallar üzrə müxabirləşmənin aparılmasını təmin edəcək və rəhbərlik üçün dəqiq maliyyə hesabatlarını hazırlayacaqsınız.
Öhdəliklər:
Müxabirləşmənin aparılması və ayın bağlanması
- Pizza Mizza-nın bütün filialları və mərkəzi anbarı üzrə aylıq, rüblük və illik maliyyə bağlanışı prosesini həyata keçirmək.
- Hesablar Planını mükəmməl bilmək, hesabların düzgün təsnifatını və istifadəsini təmin etmək.
- Aylıq bağlanış təqviminin idarə edilməsi, bütün hesabların vaxtında bağlanmasının təmin edilməsi.
- Jurnal müxabirləşmələrini (əməkhaqqı, amortizasiya, icarə, kommunal xərclər və filiallararası köçürmələr) hazırlamaq və sistemə daxil etmək.
- Bütün balans hesabları üzrə aylıq üzləşdirmələr aparmaq və filiallararası kənarlaşmaları araşdırmaq.
- Əsas vəsaitlərin (mətbəx avadanlıqları, sobalar, çatdırılma nəqliyyat vasitələri) uçotunu aparmaq və amortizasiyasını hesablamaq.
Maliyyə hesabatlığı və əməliyyat analizi
- Aylıq konsolidə edilmiş maliyyə hesabatlarını (Mənfəət və Zərər, Balans, Pul Vəsaitlərinin Hərəkəti) vaxtında tərtib etmək.
- Aylıq nəticələr üzrə əsas kənarlaşmaların səbəblərini müəyyən edib Maliyyə Direktoruna qısa analitik izah təqdim etmək.
- Hər bir Pizza Mizza filialı üzrə P&L hesabatlarını hazırlamaq, filial menecerləri ilə birlikdə xərc kənarlaşmalarını təhlil etmək.
- Əsas xərc göstəricilərinə — (Ərzaq, Qablaşdırma, İçki maya dəyəri və İşçi qüvvəsi xərcləri) nəzarət etmək və büdcə ilə müqayisə etmək.
- Günlük satışları, POS-terminal daxilolmalarını, kassanı və çatdırılma tərəfdaşlarından (Wolt, Bolt Food) gələn ödənişləri daxili uçotla üzləşdirmək.
Daxili nəzarət və proseslərin təkmilləşdirilməsi
- Proseslərin təkmilləşdirilməsi: Mühasibat uçotu, hesabatlılıq və üzləşdirmə proseslərinin avtomatlaşdırılması və təkmilləşdirilməsi üzrə təkliflər vermək.
- Azərbaycan Respublikasının vergi qanunvericiliyinə və daxili maliyyə standartlarına riayət olunmasını təmin etmək.
- Vergi hesabatlarının (ƏDV, mənfəət vergisi, ödəniş mənbəyində tutulan vergilər) hazırlanmasında maliyyə komandasına dəstək vermək.
- Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan sənədləri və cədvəlləri təqdim etmək.
Namizədə dair tələblər
- Təhsil: Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində ali təhsil. Maliyyə sahəsində peşəkar sertifikatların (məsələn, ACCA, CIMA) olması üstünlükdür.
- İş təcrübəsi: Müxabirləşmənin aparılması, maliyyə hesabatlığı və ya baş mühasib/mütəxəssis vəzifəsində minimum 4 il təcrübə. Restoran şəbəkələri, ictimai iaşə (F&B) və ya çatdırılma (delivery) sahəsində təcrübə mütləqdir.
Texniki biliklər:
- Mühasibat proqramlarında (məsələn, 1C) sərbəst işləmək bacarığı.
- Microsoft Excel üzrə peşəkar biliklər.
- Restoran kassa/POS proqramlarının (iiko) mühasibat proqramı ilə inteqrasiyası prinsiplərini bilmək.
Dil və digər bacarıqlar:
- Hesablar Planını və müxabirləşmə qaydalarını mükəmməl səviyyədə bilmək.
- Azərbaycan dilində mükəmməl yazı və danışıq; Rus və ya İngilis dili bilikləri arzuolunandır.
- Restoran biznesində silinmə aktları, kalkulyasiya kartları və maya dəyərinin formalaşması məntiqini dəqiq bilmək.
İş şəraiti
- İş yeri: "Pizza Mizza" Baş Ofisi
- İş qrafiki: həftənin 5 günü, 09:00-18:00
- "Pizza Mizza" restoranlarında korporativ işçi endirimləri.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Müxabirləşmələr və hesabatlılıq üzrə böyük mühasib” başlığı ilə CV göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Yerləşmə
Azərbaycan
Təcrübə
4+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
5 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
5 sentyabr 2026
Şirkət haqqında
Pizza Mizza
Restaurants · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Vergi qaydalarına uyğun təhlillər edərək mühasibat hesabatları hazırlamaq.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Mühasibat uçotu idarə etmək və vergi öhdəliklərini hesablamaq tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib6 gün qalıb
Mühasibat uçotunu idarə etmək üçün yüksək səviyyədə 1C və Excel tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 



