Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Role Description "Ekol Mühəndislik Xidmətləri" QSC komandamıza Müqavilələr və çatdırılma şöbəsinə Rəis axtarırıq!
Bu vəzifə satınalma, müqavilələrin idarə olunması və çatdırılma proseslərinin səmərəli təşkili, həmçinin şöbənin ümumi fəaliyyətinə rəhbərlik etmək və normativ tələblərə uyğunluğun təmin olunmasına nəzarət etmək imkanı verir.
Tələblər:
Ali təhsilli;
Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi;
Rəhbər vəzifədə azı 2 il iş təcrübəsi;
Güclü analitik düşüncə, idarəetmə və danışıqlar bacarığı.
Vəzifə funksiyaları:
Şöbənin fəaliyyətinin ümumi idarə olunmasını, planlaşdırılmasını və koordinasiyasını həyata keçirmək;
Şöbə əməkdaşları arasında iş bölgüsünü aparmaq və icraya nəzarət etmək;
Müqavilələrin hazırlanması, razılaşdırılması, imzalanması və icrasına nəzarət etmək;
Satınalma və çatdırılma proseslərinin normativ sənədlərə uyğunluğunu təmin etmək;
Podratçılar və təchizatçılarla aparılan danışıqlara rəhbərlik etmək və şirkətin maraqlarını qorumaq;
Risklərin müəyyən edilməsi və minimallaşdırılması üzrə tədbirlər görmək;
Şöbənin fəaliyyəti üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
Sənədləşmə və kargüzarlıq işlərinin müəyyən olunmuş qaydalara uyğun aparılmasını təmin etmək və təşkilatlarla yazışmaları həyata keçirmək;
Vəzifə üzrə məxfilik rejiminə riayət etmək;
Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və inkişaf proseslərində iştirak etmək;
İş şəraitinin yaxşılaşdırılması və əməliyyatların optimallaşdırılması məqsədilə tədbirlərin hazırlanması və icrasında iştirak etmək;
Şirkətin daxili normativ sənədlərinə, prosedurlarına və qanunvericiliyə ciddi riayət etmək.
🎁 Biz təklif edirik:
Şirkət tərəfindən təmin olunan nahar;
Könüllü tibbi sığorta;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
- 🗓 Son müraciət tarixi: 24 iyun 2026
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.