Vakansiya bağlanıb
Bu elan artıq aktiv deyil. Aşağıda Pərakəndə bankçılıq üzrə mütəxəssis üzrə açıq vakansiyalar var — siyahı hər gün yenilənir.
Vakansiya haqqında
Təsvir
- Fiziki şəxslərə qüvvədə olan qanunvericilik və Bankın müvafiq normativ hüquqi aktları çərçivəsində yüksək səviyyəli bank xidmətlərinin göstərilməsi;
- Hesablar üzrə nağd və nağdsız əməliyyatların aparılması;
- Ödəniş kartlarının satışı;
- Sənədli əməliyyatlar üzrə müştərilərdən sənədlərin qəbul edilməsi, yoxlanılması və müvafiq şöbələrə ötürülməsi;
- Fiziki şəxslərə təklif olunan bütün növ kreditlərin rəsmiləşdirilməsi;
- Bankın təqdim etdiyi bütün növ bank məhsulları və xidmətləri barədə məlumatlı olmaq və müştərilərə bu barədə məlumat vermək;
- Depozitlərin növləri, şərtləri və tətbiq edilən faiz dərəcələri barədə müştərilərə məlumat vermək, müvafiq prosedurlara uyğun olaraq depozitlərin qəbulunu həyata keçirmək;
- Müştərilərə plastik kartların növləri, şərtləri və istifadə qaydaları barədə məlumat vermək, məhsulları təklif etmək, sifarişləri qəbul etmək və icrasını təmin etmək;
- Müştəri müraciətlərinə əsasən sorğuların cavablandırılmasını təmin etmək;
- Bankın son yenilikləri və kampaniyaları barədə müştəriləri məlumatlandırmaq.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, bank işi və digər uyğun ixtisaslar üzrə təhsil arzuolunandır);
- Azərbaycan dilini sərbəst bilməsi (rus və ya ingilis dili biliyi arzuolunandır);
- Bank işi, satış, müştəri xidməti və ya xidmət sahəsində təcrübənin olması üstünlükdür;
- Komandada işləmək bacarığı;
- Yüksək ünsiyyət qurma və müştərilərlə effektiv əlaqə yaratmaq bacarığı;
- Müştəriyönümlü yanaşma və satış bacarıqlarına sahib olmaq;
- Problemləri analiz etmək və operativ həll etmək bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.
Şirkət haqqında
Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının 29 iyun 1995-ci il tarixli 234…
ATB Bank — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Müştərilərlə görüşərək kredit ehtiyaclarını qiymətləndirir və satışını həyata keçirir
Müştərilərlə işləyərək kredit satışını həyata keçirir və kredit analizini aparır.


