Maliyyə hesabatlarını yoxlamaq və gəlir dəqiqliyini təmin etmək üçün təcrübəli auditor tələb olunur
Vakansiya haqqında
Şöbə: Finance Department
İş yeri: Şamaxı, Azərbaycan
Məşğulluq növü: Tam ştat
İş haqqında məlumat
- Meysari Grand Hotel & SPA komandamıza qoşulmaq üçün diqqətli, analitik düşüncə qabiliyyətinə malik və maliyyə əməliyyatlarında dəqiqliyə önəm verən Income Auditor axtarır.
- Namizəd otelin gündəlik gəlir əməliyyatlarının yoxlanılması, maliyyə məlumatlarının düzgünlüyünün təmin edilməsi və daxili nəzarət prosedurlarının həyata keçirilməsinə cavabdeh olacaq.
Əsas vəzifə öhdəlikləri
- Otelin bütün gəlir mənbələri üzrə gündəlik əməliyyatların yoxlanılması və düzgünlüyünün təsdiqlənməsi;
- Otaq satışları, restoran, SPA və digər xidmət sahələri üzrə gəlirlərin uzlaşdırılması;
- PMS və POS sistemlərində qeydə alınan əməliyyatların maliyyə hesabatları ilə müqayisə edilməsi;
- Night Audit hesabatlarının yoxlanılması və uyğunsuzluqların araşdırılması;
- Nağd və nağdsız ödənişlərin, endirimlərin, ləğvlərin və geri qaytarmaların nəzarətdə saxlanılması;
- Gündəlik gəlir hesabatlarının hazırlanması və Maliyyə şöbəsinə təqdim edilməsi;
- Mühasibat uçotu və daxili audit prosedurlarına uyğunluğun təmin edilməsi;
- Aşkar edilmiş maliyyə uyğunsuzluqlarının araşdırılması və aradan qaldırılması üçün müvafiq şöbələrlə əməkdaşlıq edilməsi
Namizədə tələblər
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Otelçilik sahəsində iş təcrübəsinə üstünlük verilir;
- Opera PMS, Micros POS və digər otel idarəetmə sistemləri ilə iş təcrübəsi üstünlükdür;
- Güclü analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik;
- Müstəqil və komanda şəklində işləmək bacarığı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Income Auditor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:
Meysari Grand Hotel & SPA – Build your career with us!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Şamaxı şəhərində yerləşir.
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi tələb olunur.
Opera PMS və Micros POS sistemləri ilə iş təcrübəsi üstünlükdür.
Namizəd CV göndərməlidir və mövzu hissəsində “Income Auditor” qeyd etməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarPərakəndə təftiş mütəxəssisi üzrə Şamaxıda digər açıq elanlar.
Maliyyə hesabatlarını yoxlamaq və audit aparmaq üçün mühasibatlıq və analitik bacarıqlar tələb olunur
Marketlərdə daxili nəzarət və təftiş aparmaq üçün maliyyə və audit sahəsində təcrübə tələb olunur
Debitor borcların yoxlanılması və satış obyektlərində inventarın nəzarətini həyata keçirir.




