Problemli kreditlərin geri qaytarılması və borcalanlarla danışıqlar aparmaq üçün təcrübəli mütəxəssis.
Vakansiya haqqında
Kollekta MMC problemli kreditlər üzrə borcların effektiv idarə olunması və yığılmasının təmin edilməsi məqsədilə Ünvanda Təqib üzrə Mütəxəssis (Mingəçevir, Gəncə-Qazax, Aran, Mingəçevir, Cənub regionları) vəzifəsinə peşəkar və məsuliyyətli namizəd axtarır.
Vəzifə öhdəlikləri:
- Gecikmiş kredit öhdəlikləri üzrə borcalanların və zaminlərin qeydiyyat, faktiki yaşayış və iş ünvanlarına səfərlərin həyata keçirilməsi;
- Borcalan və zaminlərlə birbaşa əlaqə yaradılması, mövcud borcun ödənilməsi ilə bağlı danışıqların aparılması və müvafiq tədbirlərin görülməsi;
- Əlaqə yaratmaq mümkün olmayan borcalan və zaminlər üzrə alternativ əlaqə vasitələrinin və aktual ünvan məlumatlarının müəyyənləşdirilməsi;
- Problemli kreditlərin geri qaytarılması və gecikmiş borcların azaldılması istiqamətində effektiv təqib tədbirlərinin həyata keçirilməsi;
- Borcalanlarla aparılmış görüşlərin, səfərlərin və əldə edilmiş nəticələrin müəyyən edilmiş qaydada sənədləşdirilməsi və sistemə daxil edilməsi;
- Zəruri sənədlərin və məlumatların PKİD üzrə istifadə olunan xüsusi proqram təminatına vaxtında və düzgün yüklənməsi;
- Regionlar üzrə borcluların ünvanlarına həftədə ən azı 2 dəfə planlı vizitlərin həyata keçirilməsi;
- Əlaqəli qurumlarla işgüzar əlaqələrin koordinasiya edilməsi, zəruri məktub və sorğuların hazırlanması və göndərilməsi;
- BOKT-nin daxili təlimat, qayda, prosedur və əsasnamələrinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi;
- Görülmüş işlər, həyata keçirilmiş vizitlər, əldə edilmiş nəticələr və kredit portfelinin vəziyyəti üzrə müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;
- Vəzifə üzrə digər tapşırıqların müəyyən edilmiş müddətlərdə və keyfiyyət standartlarına uyğun icra edilməsi.
Tələblər:
- İqtisadiyyat, Maliyyə, Hüquq və ya vəzifənin fəaliyyət istiqamətinə uyğun digər ixtisaslar üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Bank, BOKT, kollektor və ya problemli kreditlərin idarə edilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
- B kateqoriyalı sürücülük vəsiqəsi – mütləqdir;
- Regionlar üzrə aktiv hərəkət və ezamiyyət xarakterli iş rejiminə uyğunluq;
- 1C/8.3 proqramı ilə işləmək bacarığı üstünlükdür;
- Güclü ünsiyyət, danışıqlar aparmaq və inandırma bacarığı;
- Məsuliyyətlilik, operativlik, nəticəyönümlülük və stressə davamlılıq;
- Müstəqil və komanda daxilində effektiv işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
- Rus dili biliyi üstünlükdür;
- İşin səyyar xarakteri nəzərə alınaraq kişi namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
- Əmək haqqı: 800 Azn NETT+Bonus ( ƏH ilə bonus birlikdə minimum 1600 AZN)
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi
- İş qrafiki: 5 günlük iş həftəsi, I–V günlər, 10:00–19:00
- İş formatı: Ofis və regionlar üzrə səyyar fəaliyyət
- Komfortlu iş şəraiti;
- Müasir idarəetmə sistemi;
- Peşəkar və mehriban komanda.
İnkişaf və karyera imkanları.CV-lərinizi “Ünvanda Təqib üzrə mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Başlıqda regiounun adını da qeyd etməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Problemli kredit mütəxəssisi üzrə bazar adətən 650–1 100 ₼ ödəyir, median — 800 ₼.
16 açıq vakansiya, 17 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Problemli kredit mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi.
Həftədə 5 iş günü, bazar ertəsindən cümə gününə, saat 10:00-dan 19:00-dəkdir.
800 manat NETT + bonus, ümumi minimum 1600 manatdır.
CV-lər “Ünvanda Təqib üzrə mütəxəssis” başlığı altında elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMüvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarProblemli kredit mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Problemli kredit portfelinin idarə olunması və borclularla əlaqə qurmaq bacarığı tələb olunur
Kredit gecikmələrini təhlil edir, müştərilərlə danışıqlar aparır və borcun restrukturizasiyasını təklif edir.
Problemli kredit portfelini idarə edir və ödənişlərin bərpası üçün tədbirlər görür.


