AccountingInventory ManagementCost Analysis
Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 iyul 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
24 avqust 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Əsas tələblər:
- Ali təhsil (iqtisadiyyat, idarəetmə və ya müvafiq sahə üzrə);
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasını maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yaxşı səviyyədə bilmək;
- Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel, Word), Mikro ERP;
- Komandada işləmək bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı;
- Azərbaycan dili – sərbəst, rus və ingilis dili bilikləri üstünlükdür.
Əsas vəzifə və öhdəliklər:
- Xammal və materialların hərəkətinə nəzarət və uçotunun aparılması;
- Anbar və istehsalat məlumatlarının mühasibat uçotu ilə uzlaşdırılması;
- Məhsulların maya dəyərinin hesablanmasında iştirak etmək;
- İstehsala buraxılan xammal və materialların uçotunu aparmaq;
- Hazır məhsulun istehsala qəbul və çıxış əməliyyatlarını rəsmiləşdirmək;
- İlkin mühasibat sənədlərinin hazırlanması və düzgünlüyünə nəzarət etmək;
- Mikro mühasibat proqramında müvafiq əməliyyatların işlənməsi;
- İnventarizasiya proseslərində iştirak etmək və nəticələrin uçotunu aparmaq;
- Rəhbərliyin təqdim etdiyi digər mühasibatlıq və hesabat işlərini yerinə yetirmək.
Fərdi keyfiyyət göstəriciləri:
- Diqqətlilik və məsuliyyətlilik;
- Analitik düşünmə və təhlil bacarığı;
- Yüksək kommunikasiya və danışıqlar aparmaq qabiliyyəti;
- Komanda işi bacarığı;
- Operativ və nəticə yönümlü olmaq;
- Planlaşdırma və prioritetləşdirmə bacarığı;
- Yenilikçi və proaktiv yanaşma.
Təklif etdiyimiz:
- Motivasiyaedici və dəstəkləyici iş mühiti;
- Tibbi sığorta;
- Rahat və stabil iş şəraiti;
- Nahar təminatı.
- Korporativ nömrə
İş şəraiti
- Şöbə: Mühasibatlıq şöbəsi
- İş rejimi: 09:00–18:00 / 5 günlük iş həftəsi
- Ünvan: Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycan
- Əmək haqqı: Müsahibə əsasında.
CV-lərinizi “İstehsalat mühasibi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Şirkət haqqında
Zəhmət Ruzi MMC (SAB)
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
ProcurementNegotiationPlanning
Market AnalysisTeamworkSAP
1C ERPAnalytical ThinkingInventory Management



