Vakansiya haqqında

Təsvir

  • Bankın müxtəlif biznes istiqamətləri üzrə məlumatların təhlil edilməsi, mövcud problemlərin və inkişaf imkanlarının müəyyənləşdirilməsi;
  • Böyük həcmli məlumatların SQL, Python və digər analitik alətlər vasitəsilə emalı, təhlili və interpretasiyası;
  • Məlumatlar əsasında əsas tendensiyaların, səbəb-nəticə əlaqələrinin və biznesə təsir edən faktorların müəyyən edilməsi;
  • Rəhbərliyin və biznes sahiblərinin qərarvermə prosesini dəstəkləyən data əsaslı analizlərin, hesabatların və tövsiyələrin hazırlanması;
  • Biznes problemlərinin strukturlaşdırılması, uyğun analitik yanaşmanın və həll alqoritminin müəyyən edilməsi;
  • Müxtəlif mənbələrdən əldə olunan məlumatların birləşdirilməsi, keyfiyyətinin yoxlanılması və analiz üçün hazırlanması;
  • KPI-ların və biznes göstəricilərinin müəyyənləşdirilməsi, hesablanması, monitorinqi və dəyişiklik səbəblərinin təhlili;
  • Power BI və digər vizuallaşdırma alətləri vasitəsilə interaktiv dashboard və idarəetmə hesabatlarının hazırlanması;
  • Excel vasitəsilə operativ və kompleks biznes analizlərinin, modellərin və hesabatların hazırlanması;
  • Mövcud biznes proseslərinin effektivliyinin qiymətləndirilməsi və optimallaşdırma imkanlarının müəyyən edilməsi;
  • Analiz nəticələrinin biznes tərəfinə və rəhbərliyə aydın, strukturlaşdırılmış və qərarverməyə yararlı formada təqdim edilməsi;
  • Müxtəlif biznes bölmələri ilə əməkdaşlıq edərək analitik ehtiyacların düzgün müəyyənləşdirilməsi və onların data əsaslı həllərə çevrilməsi;
  • Qəbul edilən qərarların və həyata keçirilən dəyişikliklərin nəticələrinin sonradan ölçülməsi və təsir analizinin aparılması.

Tələblər

  • Güclü analitik və məntiqi düşünmə bacarığı;
  • Kompleks biznes problemini strukturlaşdırmaq, əsas səbəbi müəyyən etmək və mümkün həll yollarını formalaşdırmaq bacarığı;
  • Məlumatlara yalnız hesabat səviyyəsində deyil, biznes kontekstindən yanaşmaq və rəqəmlərin arxasındakı səbəbləri müəyyən edə bilmək;
  • SQL üzrə yaxşı praktiki biliklər və böyük həcmli məlumatlarla işləmək bacarığı;
  • Python ilə data analitikası üzrə praktiki biliklər;
  • Pandas, NumPy və analoji data analytics kitabxanaları ilə işləmə təcrübəsi;
  • Microsoft Excel üzrə yüksək səviyyəli biliklər və analitik modellərin qurulması bacarığı;
  • Power BI və ya digər BI/data visualization alətləri ilə işləmə bacarığı;
  • KPI, trend, müqayisəli analiz, segmentasiya, səbəb-nəticə analizi və digər analitik yanaşmalar barədə anlayış;
  • Biznes tələblərini analitik tapşırığa çevirmək və uyğun metodologiya seçmək bacarığı;
  • Data əsasında hipotez qurmaq, onu yoxlamaq və nəticələrdən əsaslandırılmış qərarlar çıxarmaq bacarığı;
  • Problemlərə sistemli, analitik və həll yönümlü yanaşma;
  • Analiz nəticələrini texniki olmayan auditoriyaya sadə və anlaşılan formada təqdim etmək bacarığı;
  • Müstəqil araşdırma aparmaq, qeyri-müəyyən situasiyalarda düzgün suallar formalaşdırmaq və həll yolunu müəyyən etmək bacarığı.

Üstünlük hesab olunur

  • Bank və ya maliyyə sektorunda analitik təcrübə;
  • Statistik analiz və data modelling üzrə biliklər;
  • A/B testing, forecasting, customer segmentation və digər advanced analytics yanaşmaları ilə tanışlıq;
  • Analitik proseslərin Python və ya digər vasitələrlə avtomatlaşdırılması təcrübəsi;
  • Biznes proseslərinin təhlili və optimallaşdırılması üzrə təcrübə.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 sentyabr 2026
Son tarix
1 oktyabr 2026

Şirkət haqqında

Bank Respublika ASC
Banking · Baku

Bank Respublika 22 may 1992-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyətə başlayıb və bu illər ərzində Azərbaycanın mühüm banklarından birinə çevirilib.

Bank Respublika ASC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

m10
MiddleBakı
Maaş göstərilməyib

Məlumatları analiz edir, bazar araşdırması aparır və biznes imkanlarını müəyyənləşdirir, analitik bacarıqlar tələb olunur.

Data AnalysisFinancial ModelingMarket ResearchForecasting+8
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
İdarəetmə analitiki
Müraciət et